Ramiz Rövşən şeirləri .Dünya qəfil işıqlanarsa


DÜNYA QƏFİL İŞIQLANSA

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
Cemi 33 nefer oxuyub
Beyen(8) | Beyenme(7)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Ramiz Rövşən şeirləri .Dünya qəfil işıqlanarsa məqaləsini oxu


Ramiz Rövşən şeirləri .Dünya qəfil işıqlanarsa, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Ramiz Rövşən şeirləri .Dünya qəfil işıqlanarsa, yukle

Saytda 107 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021