Tatli.Biz

Ramiz Rövşən şeirləri .Bu qatarın dalınca baxma


Bu qatarın dalınca baxma

Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.

Uzaqdan, yaxından keçər bu qatar,
Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar.

Mən getdim, dünya ki qaldı yerində…
Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.



***


Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...
Cemi 58 nefer oxuyub
Beyen(12) | Beyenme(11)
Dostlarınla Paylaş

Ramiz Rövşən şeirləri .Bu qatarın dalınca baxma məqaləsini oxu


Ramiz Rövşən şeirləri .Bu qatarın dalınca baxma, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Ramiz Rövşən şeirləri .Bu qatarın dalınca baxma, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Saytda 96 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021