1 həftəyə sağlam arıqla

1 həftəyə sağlam arıqla


Deyim var ki, "yeni ili necə qeyd edərsən, elə də keçirərsən" . Əgər siz də, yeni ilə istədiyiniz çəkidə girmək istəyirsinizsə, yazılanlara əməl edin. Təcrübədən demək olar ki, 1 həftəyə sağlam şəkildə müəyyən qədər çəki itirmək olur. Təbii ki, mədə- bağırsaq, hormonal və digər xəstəliyiniz yoxdursa. Doğrudur, bu həftə ərzində əsəbi olacaq, və bir çox əhvalınızı qaldıran qidalardan imtina edəcəksiniz. Lakin əldə etdiyiniz nəticə bütün bunlara dəyəcək. Beləliklə, aşağıdakılara riayət edərək 1 həftəyə ən az 3 kq çəkidən azad olun:

Bu qidaları və içkiləri rasionunuzdan tamam çıxarın:
1. kartof
2. qazlı içkilər
3. un məmulatları (həftə ərzində 2 dəfə istisna edib, az miqdarda çörək yemək olar)
4. şirniyyat ( bu siyahıya həmçinin şəkərlə zəngin meyvələr daxildir, məsələn banan və üzüm)
5. yağlı ət növləri
6. qızardılmış yeməklər
7. spirtli içkilər

Az miqdarda yemək olar:
1. gün ərzində 1 qaşıq zeytun yağı
2. həftə ərzində 2 ədəd toyuq yumurtası
3. yulaf və qarabaşaq sıyığı ( bir qaşıq bitki yağı ilə)

Bu qida və içkiləri qəbul etmək vacibdir:
1. gün ərzində 1,5 litr su
2. yaşıl çay və bitki çayları
3. günün ilk yarısında 200 ml qatqısız meyvə şirəsi
4. gün ərzində 1 fincan şəkərsiz qəhvə

Vacib göstərişlər:
1. bir sutkalıq qəbul edilmiş qida 1200 kkal az olmamalıdır
2. sutka ərzində ən az 8 saat fasiləsiz yuxu
3. tez- tez lakin az miqdarda yemək
4. qaynadılmış qidalara üstünlük vermək
5. orqanizmin gücdən düşməməsi üçün multivitaminlər qəbul etmək
6. gün ərzində 10 dəqiqə idmanla məşğul olmaq
Cəmi 679 nəfər oxuyub
Bəyənən (122) | Bəyənməyən (126)
Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023