Tez və asan arıqlamanın yolları - Qarışıq Məqalələr


Geniş Kitabxana
Tez və asan arıqlamanın yolları
1.Kökəlməyin ən ciddi səbəblərindən biri yemək aralarında atışdırmaqdır. Nə isə yemək istəyən zaman su için. Su sizə artıq çəki yığmaqdan xilas edəcək.

2.Soyuducunuzdan qəlyanaltılıq yeməkləri boşaldın. Beləcə həm pul xərcləməzsiniz, həm də sizi atışdırmağa itələyən səbəb yox olar.

3. Kifayət qədər yatın. Bununla yeyərək götürəcəyiniz enerjini yatarkən yığmış olarsınız.

4. Spirtli içkilərdən, çörək və karbohidratlardan uzaq durun.

5. Qaranlıq mühitdə olmamağa və axşamlar bir saat tez yatmağa çalışın. Əgər axşam film və ya proqram izləmək istəyirsinizsə, bunu qaranlıq deyil, işıqlı məkanda edin.

6. Mütləq səhər yeməyi yeyin. Bu, sizə gün ərzində xərcləməli olduğunuz enerjini verəcək və günorta yeməyində çox acmayacaqsınız.

7. Axşam saatlarında yemək istəyi hiss etdikdə sevdiyiniz musiqini dinləyin. Araşdırmalar göstərir ki, musiqi dinləyərkən və sevdiyiniz yeməyi yeyərkən beyin təxminən eyni dərəcədə qidalanır və eyni bölgəyə xəbərdarlıq gedir.

8. Ayaq üstdə heç bir şey yeməyin.

9. Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çay içmək bədəndəki kalorilərin yandırılmasında çox təsirlidir. Gündə 3 stəkan yaşıl çay içməyə çalışın.

10. Televiziya seyr edərkən, kitab və ya jurnal oxuyarkən, ya da e-maillərinizə cavab verərkən heç nə yeməyin.

11. Çölə çıxın. Gündə ən az 20 dəqiqə çöldə oturmağa, ya da yeriməyə diqqət göstərin. Çünki gün işığı yemək istəyinizi nəzarətdə saxlamağınıza kömək edir.

12. Sağlam qidalar yeyin. Çöldə yemək yediyiniz zaman soussuz salatlara üstünlük verin.

13. Özünüzü çox məcbur etməyin. Pəhriz saxlayırsınızsa, 1200 kaloridən aşağı düşməməyə diqqət edin.

14. Bağça işləri ilə məşğul olun. Güllərə su verin, onların qayğısına qalın, bağı səliqə-sahmana salın. 1 saat bağça işi ilə məşğul olmaq 500 kalori yandırmağa kömək edir.

15. Lift istifadə etmək əvəzinə pilləkənlə çıxın.

16. Ev işləri görmək ən təsirli idman növlərinə bərabərdir.

17. İplə hoppanın. Bu, möhtəşəm bir məşqdir və digərlərindən daha əyləncəlidir.

18. Tez-tez, amma az yeyin.

19. Şokoladı çox sevirsinizsə, hər axşam bir parça (təbii ki, kiçik) şokolad yeyin.

20. Özünüzü çətinliyə salmayın, hər şey beyində bitir.
Cemi 29 nefer oxuyub
Beyen(8) | Beyenme(7)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Tez və asan arıqlamanın yolları məqaləsini oxumaq üçün daxil olun


Tez və asan arıqlamanın yolları, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Tez və asan arıqlamanın yolları - Qarışıq Məqalələr

Saytda 76 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021