Nar salatı


Nar bilərziyi salatı
İÇİNDƏKİLƏR:

3 ədəd yerkökü

3 ədəd kartof

2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur

3 ədəd yumurta

1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış

2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti

Bizim Süfrə mayonezi

duz, istiot

nar dənələri (təxminən 1 iri nardan)

HAZIRLANMASI:

Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin. İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın.

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

Kartof

Bizim Süfrə mayonezi (təxminən 2 x. qaşığı)

Çuğundurun yarısı

Bizim Süfrə mayonezi

Yerkökü

Bizim Süfrə mayonezi

Qoz

Toyuğun yarısı

Bizim Süfrə mayonezi

Yumurta

Bizim Süfrə mayonezi

Qalan toyuq

Bizim Süfrə mayonezi

Qalan çuğundur

Bizim Süfrə mayonezi

Axırda Bizim Süfrə mayonezini salatın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun! .
Cemi 29 nefer oxuyub
Beyen(8) | Beyenme(9)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Nar salatı məqaləsini oxu


Nar salatı, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Nar salatı, yukle

Saytda 87 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021