Nar salatı

Nar salatı


Nar bilərziyi salatı
İÇİNDƏKİLƏR:

3 ədəd yerkökü

3 ədəd kartof

2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur

3 ədəd yumurta

1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış

2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti

Bizim Süfrə mayonezi

duz, istiot

nar dənələri (təxminən 1 iri nardan)

HAZIRLANMASI:

Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin. İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın.

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

Kartof

Bizim Süfrə mayonezi (təxminən 2 x. qaşığı)

Çuğundurun yarısı

Bizim Süfrə mayonezi

Yerkökü

Bizim Süfrə mayonezi

Qoz

Toyuğun yarısı

Bizim Süfrə mayonezi

Yumurta

Bizim Süfrə mayonezi

Qalan toyuq

Bizim Süfrə mayonezi

Qalan çuğundur

Bizim Süfrə mayonezi

Axırda Bizim Süfrə mayonezini salatın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun! .
Cəmi 574 nəfər oxuyub
Bəyənən (135) | Bəyənməyən (126)
Dostlarınla Paylaş

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024