Pas ləkəsinin çixarılması

Pas ləkəsinin çixarılması


Məişətdə biz tez-tez dəmir və polad əşyalarla – təsərrüfat ləvazimatından başlayaraq həyət mebelinə və hətta manqala qədər - rastlaşırıq və bu materiallar bizi hər yerdə əhatə edir. Əgər bu cür əşyaların səthinə boya çəkilməmişdirsə və ya xüsusi astarla örtülməmişdirsə, sıyrılıbsa və ya köhnəlibsə, onlar korroziyaya məruz qalır və bu səbəbdən pas əmələ gəlir.

Pas dəmir oksidindən ibarət olan maddədir, hansı ki, dəmirin su və hava ilə əlaqəsi nəticəsində əmələ gəlir. Bunun üçün çox su lazım deyil, havada rütubətin yüksək olması kifayətdir. Paltarlarınızı ləkələməmək üçün korroziyaya məruz qalan səthlərlə əlaqədən yayınmaq lazımdır, lakin bu həmişə mümkün deyildir. Buna görə də paltarda pas ləkəsi əmələ gəldikdə nə etməyin lazım olduğunu bilmək lazımdır.

Pas ləkələri haqqında bir qədər məlumat
Bu ləkələri çıxarmaq çox çətindir, çünki pas hissəciklərinin soyulan təbiətinə görə onlar asanlıqla yayılırlar. Beləliklə, kiçik bir ləkəcik böyük bir ləkəyə çevrilə bilər. Bəzi hallarda pas izlərinin tam çıxarılması mümkün olmur. Paltarda pas ləkəsi əmələ gəldiyi halda peşəkar kimyəvi təmizləmənin köməyinə müraciət etmək lazım olur ki, korlanan paltar xilas edilsin. Lakin bir çox hallarda siz aşağıdakı məsləhətlərdən istifadə edərək paltarda pas ləkərindən müstəqil xilas ola bilərsiniz.

Pas ləkələrinin çıxarılması: Addım-addım təlimat
Yubanmadan hərəkət edin. Siz yumanı nə qədər tez başlasanız, paltardan ləkəni çıxarmaq ehtimalı bir o qədər yüksək olur.
Parçanın növünə uyğun olaraq yuma və ləkəçıxarma üçün vasitələri seçin.
İlkin olaraq ləkəni ovun.
Yolverilən maksimal temperaturda paltarı yuyun və yaxalayın (paltarın tərs üzündə olan birkada informasiyaya baxın).
Ləkənin tam
[1] 2 3 >>
Cəmi 596 nəfər oxuyub
Bəyənən (118) | Bəyənməyən (121)
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023