Kök salatı resepti

Kök salatı resepti


Tərkibi:
6 böyük təmizlənmiş kök
¼ stəkan limon suyu
2 diş xırda doğranılmış sarımsaq
2 çay qaşığı çörəkotu
½ çay qaşığı qara istiot
1 çay qaşığı duz
¼ stəkan zeytun yağı
¼ stəkan xırda doğranılmış cəfəri

Hazırlanması:
1. Böyük qazana su yığın və duz əlavə edin. Kökləri iki yerə bölüb qazana qoyun və tam bişənə gədər 8-10 dəqiqə qaynadın. Bişəndən sonra kökü soyudub, 6 santı uzunluğunda qalın-qalın doğrayın.

2. Ayrıca qabda limon suyunu, sarımsağı, tmini, istiotu və duzu qarışdırın. Bunların hamısnı asta-asta zeytun yağına tökün. Cəfərini və bişmiş kökü əlavə edərək, bir daha qarışdırın. Süfrəyə soyuq, və ya otaq temperaturunda gətirin.

Nuş olsun!
Cəmi 698 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024