Hamiləlikdə Cinsiyyət hesablama

Müasir üsullar (USM və s.) valideynlərə hamiləlikdə cinsiyyət hesablama imkanı yaradır. Bununla bərabər əksər cütlüklər uşağın cinsini daha tez öyrənməyə çalışırlar. Ultrasəs müayinəsi ilə yalnız 14 həftədən sonra cinsiyyət müəyyən oluna bilər. Uşağın cinsini təxmin etmək üçün digər alternativ üsullar da var. Onlara nəzər yetirək:

Ovulyasiya təqvimi ilə hamiləlikdə cinsiyyət hesablama
hamiləlikdə cinsiyyət hesablama foto 1

Bu metod tibbi-nöqteyi nəzərdən daha əsaslandırılmış və düzgün hesab olunur. Əgər qadın aybaşı təqvimi tutursa və cütlük mayalanma tarixini təqribən bilirsə, bu tarixləri tutuşdurmaq olar. Cinsi əlaqə ovulyasiyadan 2-3 gün sonra baş verdikdə qız, ovulyasiya gününə təsadüf etdikdə isə oğlan uşağının doğulma ehtimalı yüksəkdir. Bu, kişi və qadın orqanizminin fizioloji xüsusiyyətləri ilə bağlıdır.
Belə ki, tərkibində X xromosomu olan dişi genetikalı spermatozoidlər, Y xromosomlu erkək genetikalı spermatozoidlərə nisbətən daha davamlıdır. Y spermatozoidlərin hərəkətliliyi çox olsa da, yaşama qabiliyyəti bir qədər qısadır.

Ovulyasiya təqvimi ilə hamiləlikdə cinsiyyət hesablama aybaşı tsikli müntəzəm olduqda mümkündür. Tsikl qeyri-müntəzəmdirsə, bu üsulla hesablama faydasızdır.

Hamiləlikdə cinsiyyət hesablama – Çin üsulu
Qədim Çində imperator ailəsi doğulacaq uşağın cinsini öncədən müəyyənləşdirmək üçün özlərinə məxsus cədvəldən istifadə edirdilər. Onlar cinsiyyətin ananın yaşı ilə əlaqəli olduğunu hesab edirdilər. Cədvəldə ananın yaşı və mayalanma ayına uyğun cinsiyyət qeyd olunmuşdur.

Mayalanma ayı

Hamiləlikdə cinsiyyət hesablama – Yapon üsulu
Yapon metodu ilə cinsiyyət hesablama Çin üsulu ilə hamiləlikdə uşağın cinsini dəqiqləşdirmək üsulundan bir qədər fərqlənir. Belə ki, bu üsulda qadının yaşı və mayalanma ayı ilə yanaşı, kişinin anadan olduğu ay da nəzərdə tutulur. Yapon cədvəli 2 hissədən inarətdir. 1-ci cədvəldə gələcək ana və atanın doğulduğu ayları tapıb, kəsişmə nöqtəsindəki rəqəm qeyd edilir.

Hamiləlikdə-cinsiyyət-hesablama-foto-3
Daha sonra bu rəqəmə uyğun olaraq, mayalanma ayına görə cinsiyyət tapılır. X-lərin sayının çox olması həmin cinsdən uşağın doğulma ehtimalının yüksək olduğunu göstərir.

Hamiləlikdə-cinsiyyət-hesablama-foto-1
Hamiləlikdə cinsiyyət hesablama – qanın təzələnməsi
Qanın yenilənməsi fikrinə görə kişi və qadınların qanı periodik olaraq təzələnir. Bu üsulla hesablayarkən, atanın tam yaşı 3-ə, ananınkı isə 4-ə bölünür. Alınan rəqəmlər müqayisə edilir. Əgər son nəticədə atanın yaşı daha kiçikdirsə oğlan, ananın yaşı azdırsa qız uşağının doğulma ehtimalı yüksəkdir.

Sonda isə qeyd etmək istərdik ki, bu cədvəllərin nəticəsi tam dəqiq deyildir. Cinsiyyəti müəyyən edən ən düzgün üsul ultrasəs müayinəsidir.
Cemi 254 nefer oxuyub
Beyen(66) | Beyenme(63)
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 148 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021