Hamiləlikdə Cinsiyyət hesablama

Hamiləlikdə Cinsiyyət hesablama


Müasir üsullar (USM və s.) valideynlərə hamiləlikdə cinsiyyət hesablama imkanı yaradır. Bununla bərabər əksər cütlüklər uşağın cinsini daha tez öyrənməyə çalışırlar. Ultrasəs müayinəsi ilə yalnız 14 həftədən sonra cinsiyyət müəyyən oluna bilər. Uşağın cinsini təxmin etmək üçün digər alternativ üsullar da var. Onlara nəzər yetirək:

Ovulyasiya təqvimi ilə hamiləlikdə cinsiyyət hesablama
hamiləlikdə cinsiyyət hesablama foto 1

Bu metod tibbi-nöqteyi nəzərdən daha əsaslandırılmış və düzgün hesab olunur. Əgər qadın aybaşı təqvimi tutursa və cütlük mayalanma tarixini təqribən bilirsə, bu tarixləri tutuşdurmaq olar. Cinsi əlaqə ovulyasiyadan 2-3 gün sonra baş verdikdə qız, ovulyasiya gününə təsadüf etdikdə isə oğlan uşağının doğulma ehtimalı yüksəkdir. Bu, kişi və qadın orqanizminin fizioloji xüsusiyyətləri ilə bağlıdır.
Belə ki, tərkibində X xromosomu olan dişi genetikalı spermatozoidlər, Y xromosomlu erkək genetikalı spermatozoidlərə nisbətən daha davamlıdır. Y spermatozoidlərin hərəkətliliyi çox olsa da, yaşama qabiliyyəti bir qədər qısadır.

Ovulyasiya təqvimi ilə hamiləlikdə cinsiyyət hesablama aybaşı tsikli müntəzəm olduqda mümkündür. Tsikl qeyri-müntəzəmdirsə, bu üsulla hesablama faydasızdır.

Hamiləlikdə cinsiyyət hesablama – Çin üsulu
Qədim Çində imperator ailəsi doğulacaq uşağın cinsini öncədən müəyyənləşdirmək üçün özlərinə məxsus cədvəldən istifadə edirdilər. Onlar cinsiyyətin ananın yaşı ilə əlaqəli olduğunu hesab edirdilər. Cədvəldə ananın yaşı və mayalanma ayına uyğun cinsiyyət qeyd olunmuşdur.

Mayalanma ayı

Hamiləlikdə cinsiyyət hesablama – Yapon üsulu
Yapon metodu ilə cinsiyyət hesablama Çin üsulu ilə hamiləlikdə uşağın cinsini dəqiqləşdirmək üsulundan bir qədər fərqlənir. Belə ki, bu üsulda
[1] 2 >>
Cəmi 1127 nəfər oxuyub
Bəyənən (160) | Bəyənməyən (161)
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023