Menstruasiya gecikməsi

Menstruasiya gecikməsi


Menstruasiya gecikməsi – səbəbləri
Menstrual funksiyanın pozulmasının bir çox səbəbləri vardır:

psixoloji gərginlik;
psixi və nevroloji xəstəliklər;
avitaminoz;
piylənmə;
kəskin arıqlama, anoreksiya;
infeksion patologiyalar;
sidik yollarının travmaları;
cinsiyyət orqanlarında cərrahi əməliyyat;
ginekoloji orqanların anadangəlmə inkişaf qüsurları;
endokrinolji xəstəliklər və s.
Bu faktorlara ayrı-ayrılıqda və ya cəm şəklində rast gəlinə bilər.

Yeniyetmələrdə menstruasiya gecikməsi
İlkin aybaşıdan sonra 1-2 il ərzində tsikl çox nadir hallarda müntəzəm olur. Yəni bu zaman intervalında məsələn, 1-2 ay normal tsikl, daha sonra menstruasiya gecikməsi, növbəti aylarda isə vaxtından əvvəl aybaşı olmaq mümkündür. Məsələ burasındadır ki, ilk 2 il müddətində yeniyetmə qızın hormonal fonu qeyri-stabil olur. Hormonların qanda səviyyəsi qəfil yüksəldiyi kimi də enir.

Menstruasiya gecikməsi şəkil 1

Qadın cinsiyyət orqanı xəstəlikləri zamanı menstruasiya gecikməsi
Qalxanabənzər vəzi hormonların sintezinə cavabdeh orqanlardan biridir. Bu vəzin fəaliyyətində kənaraçıxmalar hormonal disbalansa səbəb olur. Nəticədə yumurtalıqların fəaliyyəti pozulur – disfunskiya baş verir.
Cinsiyyət orqanlarında müxtəlif etiologiyalı şişlər, endometrioz menstruasiya gecikməsi törədir.
Yumurtalıqların polikistozu zamanı qanda testosteron hormonunun səviyyəsi yüksəlir, ovulyasiya baş vermir, aybaşı gecikir. Əslində qadın orqanizmində müəyyən səviyyədə kişi hormonları vardır. Eləcə də kişilərdə az miqdarda qadın hormonları mövcuddur. Qadında testosteron artıqlığı xarici görünüşdən də bilinir. Onlarda kökəlmə, tüklənmə, səsin qalınlaşması, dərinin yağlanması və aqressivlik müşahidə olunur. Belə vəziyyətlərdə müalicənin gecikdirilməsi sonsuzluğa gətirib
[1] 2 3 >>
Cəmi 690 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024