Menstruasiya gecikməsi

Menstruasiya gecikməsi


çıxarır.
Follikul yetişməsinin pozulması onun atreziyası və persistensiyası şəklində təzahür edir.
Follikulun persistensiyası

Normada tsiklin 1-ci fazasında ovulyasiyaya qədər follikul yetişir və bu zaman lüteinləşdirici hormon (LH) yüksəlir. Persistensiya hallarında isə LH artmır, follikul partlamır. Orqanizmdə estrogenlər üstünlük təşkil edir.

Follikulun atreziyası

Follikul son yetişmə mərhələsinə çatmadan büzüşür, yəni atreziya olunur. Adətən bu patologiyada 1 deyil, 2 follikul birdən böyüməyə başlayır. Ovulyasiya olmadan büzüşürlər. Daha sonra yenə eyni proses təkrarlanır. Bu zaman da estrogen hormonal fon üstün olur.

Uşaqlığın daxili qatı – endometriumun hiperplaziyası (qalınlaşması) zamanı estrogenlərin təsirindən damarlar genişlənir və kövrəkləşir. Qalınlaşmış endometrium soyulmur, o üzdən aybaşı baş vermir.
Qadınların 70-80%-də 1-2 aylıq gecikmədən uşaqlıq qanaxmaları müşahidə olunur.

Menstruasiya gecikməsi şəkil 2

Menstruasiya gecikməsi – diaqnostika
Ginekoloq xəstənin şikayətlərini dinlədikdən sonra müayinə aparır. Onun nəticələrinə əsasən diaqnoz dəqiqləşdirilir.

Menstruasiya gecikməsi – fizioloji hal kimi
Fizioloji faktorlarla bağlı menstruasiya gecikməsi müvəqqəti xarakter daşıyır. Həmin amil aradan qaldırıldıqda tsikl normallaşır. Fizioloji səbəblərə aşağıdakılar aiddir:

Fiziki, emosional yüklənmə, stress, təhsil və iş şəraitində gərgin rejim;
Həyat tərzi və iqlimin dəyişməsi;
Anoreksiya;
Doğuş.
Doğuşdan sonra hipofizin sintez etdiyi prolaktin artdığından qadınlarda menstruasiya gecikməsi izlənilir.

Menstruasiya gecikməsi – stress vəziyyətləri
Stressin davam etmə müddətindən asılı olmayaraq, belə hallar baş beyində hipofizin fəaliyyətinin pozulmasını şərait yaradır. Hipofiz isə cinsi hormonların sintezinə
<< 1 [2] 3 >>
Cəmi 697 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024