Aybaşı olmaq üçün dərman vasitələri
Tatli.Biz

Aybaşı olmaq üçün dərman vasitələri


Aybaşı olmaq üçün dərman adları
Progesteron

Aybaşı üçün dərman kateqoriyasında ən məşhur vasitədir. 5-10 günlük kurs şəklində gündəlik və ya bir gündən bir inyeksiya formasında istifadə olunur. İnyeksiya əzələdaxili və ya dərialtına vurulur. Preparat 1%-li və ya 2.5%-li məhlul şəklində buraxılır. Özbaşına istifadə etmək qadağandır, çünki dərman dozalanması fərdi qaydadır. Onun çəki artımı, tüklənmə, menstrual tsiklin pozulması kimi mənfi təsirləri var. İnyeksiyalardan 3-7 gün sonra menstruasiya başlayır. Hamiləliyin erkən dövrlərində preparat dölün inkişafına mane olmur. Bu səbəbdən hamiləliyə şübhə yarandıqda da rahat şəkildə tətbiq oluna bilər. Preparatın effekti çox sürətlidir. Onun istifadəsinə əks-göstərişlər aşağıdakılardır:

süd vəzilərində törəmə;
vaginal qanaxma;
qaraciyər çatışmazlığı.
Dyufaston
Yalnız progesteron çatışmazlığı olanlara uyğundur. Tərkibində progesteronun süni analoqu didrogesteron mövcuddur. Vaxtında aybaşı gəlməsi üçün tsiklin 11-ci günündən 25-ci gününə qədər 1 tabletdən gündə 2 dəfə içilir. Hamiləlikdə və düşük təhlükəsi halında da təyin olunur. Dyufaston optimal progesteron səviyyəsi yaradaraq, hamiləliyi daşımağa kömək edir. Ancaq bu üsul aybaşı gecikməsi problemini həll etmir, sadəcə süni şəkildə hormon səviyyəsini dəstəkləyir.

Aybaşı olmaq üçün dərman foto 1

Aybaşı olmaq üçün dərman – dyufaston ilə tsikl müddətini dəyişmək olarmı?
İstənilən hormonal preparat kimi dyufastonu da kontrolsuz qəbul etmək olmaz. Qadınların bir çoxu düşünür ki, əgər normal tsikldə dyufaston içsələr aybaşı gecikəcək. Bu fikir yalnışdır.

Aybaşı üçün dərman sonrası axıntı necə olur?
Dyufastondan sonra aybaşı qəhvəyi rəngdə və az miqdarda gəlir. Belə hal ovulyasiya pozulduqda preparatın 2-3 tsikl müddətində içilməsi zamanı müşahidə olunur. Mütəxəssislər bu əlaməti uşaqlığın daxili qatı -endometriumun tam bərpa olunmaması ilə izah edirlər. Bəzən dərman qəbulu əsnasında kurs bitmədən menstruasiya başlayır. Bu zaman preparatın istifadəsini davam etdirməyi həkimdən soruşmaq lazımdır.

Aybaşı olmaq üçün dərman sayılan dyufastonun əks göstərişi varmı?
Süd verən analara və dəri allergiyası olan qadınlara preparat əks göstərişdir. Bundan əlavə aybaşı gecikməsi halında hamiləlik testi etmədən dyufaston içmək olmaz. Hərçənd ki, bu preparat hamiləlik zamanı progesteron çatışmazlığında də təyin olunur. Əgər qadında normal hormonal balans fonunda hamiləlik baş veribsə, dərman disbalans törədə bilər.

Norkolut
Aybaşı olmaq üçün dərman sırasına daxil preparatlardan biridir. Tərkibinə noretisteron daxildir. Preparatın mənfi təsirlərinə menstruasiya pozğunluğunu aid etmək olar. Aybaşı olmaq üçün dərman qutusundakı instruksiyanı oxumaq kifayətdir. 5 gün ərzində sutkada 2 tablet qəbul etmək lazımdır. Norkolutun təsir mexanizmi ovulyasiyanı əngəlləmə və uşaqlıq tonusunun azaldılmasına əsaslanır. Onun əsas komponenti hipofizdə hormon ifrazını tormozlayır. Dərman qəbulu bitdikdə aybaşı başlayır. Ancaq Norkolutun əks göstərişləri mövcuddur:

kiçik çanaq orqanlarında və süd vəzilərində törəmə;
qaraciyər xəstəliyi;
qeyri-müəyyən xarakterli qanaxma;
epilepsiya;
şəkərli diabet;
hipertoniya;
böyrək çatışmazlığı.
Cemi 98 nefer oxuyub
Beyen(28) | Beyenme(26)
Dostlarınla Paylaş

Aybaşı olmaq üçün dərman vasitələri məqaləsini oxu


Aybaşı olmaq üçün dərman vasitələri, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Aybaşı olmaq üçün dərman vasitələri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Saytda 93 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021