Aybaşı olmaq üçün dərman vasitələri

Aybaşı olmaq üçün dərman vasitələri


Aybaşı olmaq üçün dərman adları
Progesteron

Aybaşı üçün dərman kateqoriyasında ən məşhur vasitədir. 5-10 günlük kurs şəklində gündəlik və ya bir gündən bir inyeksiya formasında istifadə olunur. İnyeksiya əzələdaxili və ya dərialtına vurulur. Preparat 1%-li və ya 2.5%-li məhlul şəklində buraxılır. Özbaşına istifadə etmək qadağandır, çünki dərman dozalanması fərdi qaydadır. Onun çəki artımı, tüklənmə, menstrual tsiklin pozulması kimi mənfi təsirləri var. İnyeksiyalardan 3-7 gün sonra menstruasiya başlayır. Hamiləliyin erkən dövrlərində preparat dölün inkişafına mane olmur. Bu səbəbdən hamiləliyə şübhə yarandıqda da rahat şəkildə tətbiq oluna bilər. Preparatın effekti çox sürətlidir. Onun istifadəsinə əks-göstərişlər aşağıdakılardır:

süd vəzilərində törəmə;
vaginal qanaxma;
qaraciyər çatışmazlığı.
Dyufaston
Yalnız progesteron çatışmazlığı olanlara uyğundur. Tərkibində progesteronun süni analoqu didrogesteron mövcuddur. Vaxtında aybaşı gəlməsi üçün tsiklin 11-ci günündən 25-ci gününə qədər 1 tabletdən gündə 2 dəfə içilir. Hamiləlikdə və düşük təhlükəsi halında da təyin olunur. Dyufaston optimal progesteron səviyyəsi yaradaraq, hamiləliyi daşımağa kömək edir. Ancaq bu üsul aybaşı gecikməsi problemini həll etmir, sadəcə süni şəkildə hormon səviyyəsini dəstəkləyir.

Aybaşı olmaq üçün dərman foto 1

Aybaşı olmaq üçün dərman – dyufaston ilə tsikl müddətini dəyişmək olarmı?
İstənilən hormonal preparat kimi dyufastonu da kontrolsuz qəbul etmək olmaz. Qadınların bir çoxu düşünür ki, əgər normal tsikldə dyufaston içsələr aybaşı gecikəcək. Bu fikir yalnışdır.

Aybaşı üçün dərman sonrası axıntı necə olur?
Dyufastondan sonra aybaşı qəhvəyi rəngdə və az miqdarda gəlir. Belə hal ovulyasiya pozulduqda
[1] 2 >>
Cəmi 2282 nəfər oxuyub
Bəyənən (261) | Bəyənməyən (181)
Dostlarınla Paylaş

Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024