Meyvə adları ingilis dilində - Qarışıq Məqalələr


Geniş Kitabxana
Meyvə adları ingilis dilində
Bir dili öyrənərkən onu etaplara ayıraraq ilkin səviyyələrdən başlayar və irəlilədikcə yuxarı səviyyələrə qalxaraq addım-addım inkişafa doğru gedərik. Dili öyrənərkən əl atdığımız saysız-hesabsız metodlar var və bu metodlar tələbələrə görə dəyişiklik göstərə bilir. Hər bir tələbənin qavramaq qabiliyyəti eyni olmadığı kimi bir dili öyrənmənin metodları da eyni olmaya bilir. Buna görə də hər bir insan dil öyrənərkən özünə uyğun, daha rahat anlayacağı şəkildə yollar seçir. Metodları xırdalayıb, onları təsnif etməyə gərək yoxdur əslində, çünki, hər bir insan çeşidli yollarla dil öyrənməyi seçsə belə, dil öyrənmək üçün hərkəsə keçərli olan ümumi qaydalar vardır, hansı ki, bu qaydalar dil öyrənmə metodları müxtəliflik göstərsə belə, ümumi halda bütün metodlara keçərli olacaq qaydalardır. Qaydalardan nəzərdə tutduğumuz, dinləmə qabiliyyətini artdırmaq, tez-tez müxtəlif mövzularla öyrəndiyimiz dildə yazılar yazmaq, qrammatikanı mənimsəmək, söz bazasını genişlətmək və danışığı praktik nəzərlərdən keçirməkdir. Dili öyrənməyimizə səbəb olan təməl köməkçi qanunlar sadaladıqlarımızdır. Bu sadalananlar bütün üsullarda özünü göstərir, lakin bunları tətbiq etmək tərzi tələbəyə görə dəyişə bilir. Ələlxüsus, ingilis dili yazıldığı kimi oxunmayan bir dil olduğu üçün sözlərə ayrıca diqqət yetirmək lazımdır. Onları yaxşıca öyrənmək, tələffüzündən savayı yazılışlarına nəzər yetirərək əzbərləmək və danışıq, yazı praktikamıza əks etdirmək gərəklidir. İlkin mərhələlərdə ingilis dilini öyrənərkən əzbərlədiyimiz kəlimələr, oxuduğumuz mətnlər və yazılar, danışıqlarda istifadə etdiyimiz cümlələr bizə çox asan gəlsə də, onlar bizim infrastukturumuzu yaradır. Dil zəncirvaridir, hər bir mövzulara diqqətlə yanaşmalı, heç bir mərhələləyə ötəri nəzər salmamalıyıq. Təməlimizi qoyan ilkin mövzulara daha çox fokuslanmalıyıq ki, irəlidə qarşımıza daha kompleks mövzularda çətinlik çəkməyək. Bunları qeyd etməyimizin səbəbi, tələbələrin əksəriyyəti əsasən də sadə mövzulara ötəri yanaşdıqları üçün irəli səviyyə mövzuları anlaya bilməz hala gəlir və ingilis dili çətin, anlaşılmaz bir dil kimi təsəvvürlərində qalır. Bunun əsas səbəbi asan düşündükləri ilkin öyrənməmiz gərəkən mövzulara diqqət yetirmədən irəliyə getmək həvəsləridir, bu da mövzular çətinləşdikcə onları daha da çıxılmaz vəziyyətə salır. İngilis dilini öyrənərkən istər, “beginner” səviyyəsi olsun, istər, “advanced” səviyyəsi olsun, bütün səviyyələrə və bütün səviyyələrdə mövcud olan mövzulara eyni yanaşmaq lazımdır. Dili öyrənərkən onu yaxşıca qavramaq, ən az öz dilimiz kimi mənimsəmək üçün ilk mərhələdə öyrənəcəyimiz qrammatik mövzuları, bizə asan gələn təməl kəlimələri akademik səviyyədə öyrəndiyimiz mövzularla, kəlimələrlə eyni tutmalıyıq. Diqqətimizi eyni dərəcədə verməliyik oxumağa da, yazıya da, danışığa da.

İngilis dilini öyrənərkən başlanğıc səviyyəsi olaraq götürülən bəlli-başlı mövzular vardır, hansı ki, çox öyrənmə metodlarında mövzular eyni şəkildə götürülür. Kəlimələrin çətinlik səviyyəsi ölçülərək onları hansı mərhələdə öyrənəcəyimizi müəyyən edər və addım-addım hamısını öyrənməyə cəhd göstərərik. Bu dəfə A1 səviyyəsinin hakim olduğu mövzunu ələ alaraq, gündəlik həyatımızda və yeri gəldiyində peşə həyatımızda istifadə edə biləcəyimiz kəlimələrdən söz edəcəyik. İngilis dilini öyrənən hər bir şəxsin ilkin mərhələlərdə mütləq öyrənməsi gərəkən asan başlıca mövzulardan biridir, hansı ki, ingilis dilini akademik səviyyədə ələ alıb bunların bilinməməsi qeyri-mümkün olan əsas kəlimələrdir. Çünki, ingilis dilini öyrənərkən ələ alınan əsas dediyimiz mövzular gündəlik həyatımızda tez-tez istifadə edə biləcəyimiz, hər an qarşımıza çıxa biləcək, fəaliyyəti olduqca aktiv olan kəlimələrdir. Hətta birinci dərəcəli mövzudur deyə bilərik. Ona görə “asandır, gərəksizdir” demədən, bizə hər an lazım ola biləcəyini düşünərək, asan, lakin bir o qədər önəmli olduğunun fərqində olaraq mətbəxt terminlərindən savayı istifadə edəcəyimiz meyvə və tərəvəzlərin ingilis dilində tərcüməsini yaxşıca öyrənməyinizi məsləhət görərdik.

Tərəvəzlər

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

cabbage – kələm
chick peas – noxud
corn – qarğıdalı
cress – tərə
cucumber – xiyar
dill – dərəotu
eggplant – badımcan
garlic – sarımsaq
gherkin – turşu xiyargourd – balqabaq
green beans – yaşıl lobya
green pepper – yaşıl bibər
jerusalem arthicoke – yer alması
leek – kəvərlentil – mərcimək
lettuce – salat
marrow – boranı
mint – nanə
mushroom – göbələk
mustard – xardalokra – bamya
peas – noxud
pepper – bibər
pimento – qırmızı bibər
potato – kartof
purslane semizoturadish – turpred beet – qırmızı çuğundur
red cabbage – qırmızı kələm
rye – çovdar
salad – göy-göyərti
scallion – təzə soğan
spinach – ispanaqsquare pepper – dolmalıq bibər
swede – şalgam
tomato – pomi

Meyvələr

almond – badam
appl – alma
apricot – qayısı
arbutus – yemiş
banana – banan
black grapes – qara üzüm

black mulberry – qara tut
blackberry – qara tut
carob bean – keçi boynuzucherry – gilas
chesnut – şabalıd
cocunut – kokos
cornel cherry – qızılcıq
currant – quş üzümü
date – xurma
fig – əncir
grape – üzüm
grapefruit – qreyfurt
hazelnut – fındıq
honey melon – yemiş
jujube – xünnab
lemon – limon
lime – yaşıl limon

manderina – mandarin
morello – vişnə
mulberry – tut
orange – portağal
peach – şaftalı
peanut – araxis
pear – armud
pineapple – ananas
pistachio – əsl püstə
plum – ərik
pomegranate – narprune – qurudulmuş ərik
quince – heyva
raisins – qara kişmiş
raspberry – moruq

Ümumi istifadə olunan əsas meyvə və tərəvəzləri bilməyiniz və onları yerində zamanında istifadə etməyiniz kifayətdir.
Cemi 26 nefer oxuyub
Beyen(6) | Beyenme(5)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Meyvə adları ingilis dilində məqaləsini oxumaq üçün daxil olun


Meyvə adları ingilis dilində, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Meyvə adları ingilis dilində - Qarışıq Məqalələr

Saytda 76 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021