Təpəgözün nağılı.Uşaqlar üçün nağıl
Gecə idi. İmran kişi arvad-uşaqları ilə çörək yeyirdi. Şir qapıya bir təpik vurdu. İmran kişi qapıya çıxanda şirlə İsgəndəri gördü, qorxuya düşdü. Geri qayıtmaq istəyəndə şir onu dayandırıb dedi:
- Ey İmran kişi, qorxma, qızın Qəmər xanımı bayıra çağır. Ona sözümüz var.
İmran kişi toxtayıb Qəmər xanımı bayıra çağırdı. Qəmər xanım bayıra çıxan kimi şir dedi:
- Ey İsgəndər, sənin anan bax, budur.
İsgəndər bazubəndini göstərdi. Qəmər xanım bazubəndi görən kimi İsgəndərin üzünə baxdı, alnındakı çapığı da görəndə onun boynuna sarıldı. Bir qədər söhbətdən sonra İsgəndər dedi:
- Ana, Təpəgözü öldürmüşəm.
Bu əhvalatdan anasıgil çox sevindilər, yığışıb öz yerlərinə gəldilər. İsgəndər anasına dedi:
- Ana, mən gedirəm.
Şir dedi:
- İsgəndər, getmə, sən ananın yanında qal, mən hər gün səni görməyə gələrəm, səndən ayrılmaram. İsgəndər razı olmadı. Şir də yığışıb bunların yanına gəldi. Kefi kök, damağı çağ ömür sürməyə, gün keçirməyə başladılar.
Nağıl qurtardı. Siz sağ, mən salamat, siz yüz yaşayın, mən iki əlli.
Cəmi 6658 nəfər oxuyub