Təpəgözün nağılı.Uşaqlar üçün nağıl


şirin yuvası imiş. Bəli, axşam oldu, şir ovlayıb, quşlayıb kahasına qayıtdı. İçəri girəndə gördü ki, kahasında bir uşaq ağlayır. Əvvəlcə istədi onu yesin, sonra yazığı gəlib ona yaxınlaşdı, uşağın ac olduğunu görüb öz südü ilə yedizdirdi. Uşaq şirin südünü içib ağlamağını kəsdi. Şir uşaq üçün otlardan yumşaq yer düzəldib orada yatırtdı. Şir hər gün uşağı doyunca əmizdirib ova gedirdi. Axşam qayıdıb yenə əmizdirirdi. Beləcə uşaq böyüyüb on yaşına çatdı. Uşağın bütün xasiyyətləri və hərəkətləri şirə oxşayırdı. Özü də o qədər qüvvətli idi ki, dağa əl atsaydı, yerindən tərpədərdi.

İndi sizə xəbəri Təpəgözdən verim. Təpəgöz yaşadığı qalaçanın ətrafına bir quş da qona bilmirdi. Onun üstünə nə qədər qoşun, pəhləvan göndərirdilərsə, bacara bilmirdilər. Çünki Təpəgözə qılınc, nizə, ox batmırdı. Bunun əhvalatını şir İsgəndərə nağıl elədi. İsgəndər dedi:

- Ana, izn ver mən səfərə çıxım. Təpəgözün məkanını öyrənim, görüm o nə cür canlıdır?

Şir dedi:

- Ey oğul, o tilsimlidir, gedib tələsinə düşərsən, səni yeyər. Getmə.

İsgəndər dedi:

- Ana, mən onun mağarasına getməyəcəyəm, arxayın ol.

Şir çox dedi, oğlu sözündən dönmədi, axırda razı olub dedi:

- Get, ancaq Təpəgözün mağarasının ətrafına hərlənmə, bilib səni parçalar. Ehtiyat üçün al, tükümü də götür. Dara düşsən, məni çağırarsan, gələrəm.

İsgəndər şirlə görüşüb yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, bir biyabana çıxdı. Baxdı ki, bir dəstə adam harasa gedir. İsgəndər onlara yaxınlaşıb soruşdu:

- Yolçu qardaşlar, hara gedirsiniz?

Dedilər:

- Təpəgözün əlindən baş alıb gedirik.

İsgəndər soruşdu:

- Təpəgöz sizə nə edib ki?

Dedilər:

- Daha nə eləyəcək? Bütün uşaqları yedi. Kəndlərimizi xaraba qoydu.

İsgəndər soruşdu:

- Onun qalaçasını mənə göstərə bilərsinizmi?

Dedilər:

- Bax, o görünən dağın təpəsindədir.

İsgəndər soruşdu:

- Həmişə o qalaçada olur?

Yolçulardan biri dedi:

- Gündüzlər qoyun otarır, gecələr qalaçada yatır. Qardaş, söhbət dananı
<< 1 2 [3] 4 5...10 >>
Cəmi 6665 nəfər oxuyub
Dostlarınızla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026