Uşaqlar üçün nağıllar.Kiçik Şəhzadə nağılı

Uşaqlar üçün nağıllar.Kiçik Şəhzadə nağılı


Biri var imiş, biri yox imiş, bir padişah var imiş. Bu padişahın gözəl bir üzüm bağı var imiş. Padişah bir gün bağda gəzəndə görür ki, bağın tənəkləri qırılmış, xeyli üzüm dərub aparmışlar. Padişah bağbanı hizurinə istəyüb, ondan bu nə əhvalat olduğunu sorur. Bağban bir şey bilmədigini söyləyir. Padişah əmr edir ki, gecələr bağa qaravul qoysunlar, oğrunu dutsunlar. Bağa nə qədər qaravul qoyulursa, gecənin bir vəqti yatır. Oğru da gəlüb bağı talan edir. Padişahın üç oğlu var imiş. Bir gün oğluni hizurinə çağırıb, əhvalatı ona söyləyib, gecə bağda qaravul olub oğrunu dutmağı əmr edir. Böyük oğlu gecə bağa gedir. Gecədən bir neçə saat keçəndən sora yuxu bunu aparır. Sübh olanda görürlər ki, gənə də bağı xarab etmişlər.


Padişah ikinci gecə ortancıl oğlını göndərir, bu da ağşamdan bir az keçmiş yatır, genə oğru gəlib bildigini eləyir. Üçüncü gecə kiçik oğlunu göndərir. Bu isə yatmayım diyə, barmağının birini kəsüb yerinə duz doldurur. Gecənin bir vəxti görür ki, bağa bir zorba dev gəldi.
Şahzadə bilir ki, tənəkləri xarab edüb üzümü dərən budur. Tez nişan alub buna bir ox atır. Ox isə boşa keçir. Dev bağda adam olduğunu duyub tez qaçır. Şahzadə də bunun dalıncan düşür.
Bir xeyli yol gedəndən sora, qabaqlarına bir daş çıxır. Şahzadə görür ki, tez dev daşı qaldırır, altından bir quyu çıxır. Dev quyuya girir, daşı da gənə yerinə qoyur. Bunu gördikdən sora şahzadə evlərinə qayıdub, əhvalatı qardaşlarına söyləyir. İp götürüb qardaşlarilə quyunun başına gəlirlər. Şahzadə əl atır daşa, qaldurıb quyunun ağzından bir səmtə yığırlar, ipi belinə bağlayub quyuya düşür. Qardaşları da quyunun kənarında qalub bunu gözləyirlər. Şahzadə quyunun dibinə düşdikdən sora ipi açub yol getməgə başlayur. Bir qədər yol
[1] 2 3...5 >>
Cəmi 966 nəfər oxuyub
Bəyənən (176) | Bəyənməyən (181)
Dostlarınla Paylaş

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024