Uşaqlar üçün nağıllar.Kiçik Şəhzadə nağılı

Uşaqlar üçün nağıllar.Kiçik Şəhzadə nağılı


getdikdən sora bir imarətə yetişir. İçəri daxil olanda görir ki, bir təxtin üstündə üç gözəl qız əyləşmişlər. Qızlar bunu görəndə qorxuya düşüb buna diyirlər:
– Oğlan, sən nə cürət edib buraya gəldin? Bura devlərin məskənidir.
Dev yuxudan qalxanda səni öldirəcəydi.
Şahzadə dedi:
– Mən eşitmişəm devin cani şişədə olur. Şişənin yerini mana göstərin.
Devi öldürüm, sizi də buradan xılas edim.
Qızların ən kiçigi ki, hamısından gözəl idi, qalxıb şişənin yerini buna göstərdi. Bu halda dev yuxuda görür ki, bunun cani içində olan şişə adam əlinə düşmüşdür. Tez yuxudan qalxub şahzadə olan evə yügürür.
Şahzadə şişəni əlinə alub daşa çalmaq istəyirdi ki, dev yetişib şahzadə ilə dutuşdi. Bir qədər qovğa etdikdən sora firsət edüb şişəni daşa çaldı. Şişə parçalandıqda dev də yıxılub həlak oldu. Bundan sora qızları götürüb quyunun yanına gəldi, böyük qızı ipə bağlayub qardaşlarına xəbər verirdi ki, ipi çəksinlər. Bundan sora ortancıl qızı ipə bağlayub qardaşları çəkdi. Nöbə kiçik qıza gələndə, qız dedi:
– Mən bunların hamısından gögcəyəm. Qardaşların məni görsələr, artıq səni yuxarı çəkməzlər, sən burada tələf olarsan. Yaxşısı budur ki, qabaxca sən çıx, sora məni çıxardarsan.
Şahzadə buna razı olmadı, onda qız buna deyir:
– Əgər, qardaşların məni yuxarı çəksələr onda quyunun sağ tərəfinə get. Qabağına biri ağ, biri qara iki qoyun çıxacaqdır. Cəhd elə ağ qoyunun dalına min. Onda o səni ışıqlı dünyayə atacaqdır, gəlüb bizi tapacaqsan. Yox, qara qoyunun dalına minsən, səni qaranlıq dünyayə atacaqdır.
Bundan sora qardaşları kiçik qızı da çəkirlər. Nöbə şahzadəyə çatanda, yolun yarısında ipi kəsirlər. Şahzadə quyunun dibinə düşür.
Şahzadənin qardaşları qızları götürüb atalarının yanına
<< 1 [2] 3 4 >>
Cəmi 971 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024