Uşaqlar üçün nağıllar.Kiçik Şəhzadə nağılı

Uşaqlar üçün nağıllar.Kiçik Şəhzadə nağılı


gəlür, ona belə söyləyirlər:
– Kiçik qardaşımız dev ilə dava etdikdə həlak oldu. Biz devi öldirdik, qızları da xılas etdik.
Padişah da oğlanların sözlərinə inanır.
Şahzadə quyunun dibinə düşənnən sora quyunun sağ tərəfinə yol başlayır. Bir qədər getdikdən sora qabağına bir qara qoyun, bir ağ qoyun çıxır. Şahzadə ağ qoyunun belinə atılmax istəyir, qara qoyun belini irəli dutur, bu da onun belinə düşür. Qara qoyun, bunu qaranlıq dünyayə atır. Yerə düşdikdən sora bir qədər yol gedir. Görür ki, bir qız əlində bir qab aparır. Bundan sorur ki:
– Apardığın nədir?
Qız cavab verir:
– Çörəkdir.
– Bunu kimin üçün aparırsan?
– Burada bir əjdəha peyda olubdur, suyun başını kəsüb, kimsəyi su aparmağa qoymayır. İmdi bu xörəki aparıram ki, əjdəha bunu yiyəndə mən də firsət edib qabımı su ilə doldurum. Hər gün işimiz boylədür.
Şahzadə bu sözi eşitdikdə dedi:
– Qabı mana ver, mən bu saat əjdəhanı öldürüm, səni də xilas edim.
Şahzadə xörəki yedikdən sora gedüb əjdahani öldürür, xəlqi azad eləyir. Qız bunu görəndə, tez əlini əjdəhanın qanına batırıb şahzadənin kürəginə basdı. Bu xəbəri eşitdikdə bir neçə adam yügürdü padişaha əjdəhanı öldürdüklərini söylədilər. Bu tərəfdən şahzadə gedüb bir böyük ağaca yetişdi. Bu ağacın başında bir böyük yuva, yuvanın içində bir neçə quş balası var idi. Şahzadə yorulduğundan yıxılıb ağacın kölgəsində yatır. Bir qədər yatdıqdan sora quş balalarının bağırtısına yuxudan qalxub görür ki, bir ilan ağaca qalxub quşun balalarını yemək istəyir. Tez qalxub ilanı öldürür, genə də yatır. Bu halda bir zorba quş uçub gəlir. Şahzadəni ağacın dibində yatmış görəndə, elə xiyal edir ki, gündə gəlüb bunun balalarını yiyən budur. İstəyir ki, aşağı ənüb şahzadəni öldürsün
<< 1 2 [3] 4 5 >>
Cəmi 974 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024