Qırmızı papaq nağılı.Uşaqlar üçün nağıllar

Qırmızı papaq nağılı.Uşaqlar üçün nağıllar


dəyirmana çatmamış, Qurd gəlib nənənin evinə çatdı və qapını döydü:

- Tıq... tıq!

Kimsən? - deyə nənə soruşdu.

Mənəm, nəvən Qırmızıpapağam, - deyə Qurd incə səslə cavab verdi, - sənə qonaq gəlmişəm, qutab və bir küpə yağ gətirmişəm.

Nənə bu zaman xəstə idi, yorğan-döşəkdə yatırdı. O, elə bildi ki, gələn doğrudan da Qırmızıpapaqdır, odur ki, qışqırıb dedi:

- Bala, ipi tut dart, qapı açılar!

Qurd ipi tutub dartdı, qapı açıldı. Qurd nənənin üstünə atılıb elə о saatca onu uddu. Qurd çox ас idi, çünki üç gün idi heç bir şey yeməmişdi.

Sonra qurd qapını bağlayıb nənənin yerində uzandı və Qırmızıpapağın gəlməsini gözlədi. Çox keçmədi ki, Qırmızıpapaq gəlib qapını döydü:

- Tıq... tıq!

- Kimsən? - deyə Qurd soruşdu.

Qurdun səsi kobud və xırıltılı idi.

Qırmızıpapaq əvvəlcə qorxdu, sonra fikirləşdi ki, yəqin nənəsinə soyuq dəyib, səsi tutulub, ona görə də belə danışır. Qımıızıpapaq dedi:

- Mənəm, nəvənəm, sənə qutab və bir küpə yağ gətirmişəm.

Qürd öskürüb bir az incə səslə dedi:

- Bala, ipi tut dart, qapı açılar!

Qırmızıpapaq ipi dartan kimi qapı açıldı. Qız evə girdi. Qurd yorğanı başına çəkib dedi:

- Qızım, qutabları qoy stolun üstünə, küpəni qoy yerə, özün də gəl mənim yanımda uzan. Yəqin ki, yol gəlib yorulmusan.

Qırmızıpapaq Qurdun yanında uzanıb soruşdu:

- Nənə, əllərin niyə belə böyükdür?

- Sən yaxşı-yaxşı qucaqlamaq üçün, mənim balam.

- Nənə, qulaqların niyə belə böyükdür?

- Yaxşı eşitmək üçün, mənim balam.

- Nənə, gözlərin niyə belə böyükdür?

-
<< 1 [2] 3 >>
Cəmi 931 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024