Qırmızı papaq nağılı.Uşaqlar üçün nağıllar

Qırmızı papaq nağılı.Uşaqlar üçün nağıllar


QIRMIZI PAPAQ

iri var idi, biri yox idi, bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha dünyada ondan yaxşısı yox idi. Anası onu həddən artıq sevir, nənəsi isə anasından da artıq istəyirdi.

Nəvəsinin anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışlamışdı. О vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı qırmızı papağını başına qoyub gedərdi, qonşular da onun barəsində beləcə deyərdilər:

- Вах, Qırmızıpapaq gəlir!

Bir dəfə anası qutab bişirdi və qızına dedi:

- Qırmızıpapaq, get nənənin yanına, bu qutabları və bir küpə yağı ona apar, özü də gör necədir, sağ-salamatdırmı.

Qırmızıpapaq yığışıb о biri kəndə, nənəsinin yanına getdi.

Qız meşə ilə gedirdi, birdən qabağına bir boz Qurd çıxdı.

Qurd istədi Qırmızıpapağı yesin, ancaq cəsarət eləmədi, çünki yaxınlıqdan odun doğrayanların baltasının tappıltısı gəlirdi. Qurd dodaqlarını yalayıb qızdan soruşdu:

- Hara gedirsən, ay Qırmızıpapaq?

Ancaq Qırmızıpapaq meşənin ortasında dayanıb qurdlarla danışmağın necə qorxulu olduğunu hələ bilmirdi. О, Qurdla salamlaşıb dedi:

Nənəmin yanına gedirəm, bu qutabları və bir küpə yağı da ona aparıram.

Nənən uzaqdamı olur? - deyə Qurd soruşdu.

Çox uzaqda olur, - deyə Qırmızıpapaq cavab verdi. - Odur bax, о kənddə, dəyirmanın dalında, qıraqdakı birinci evdə.

Qurd dedi:

- Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirəm. Mən bu yolla gedim, sən də bax, о biri yolla get. Görək hansımız tez gedib çatarıq.

Qurd bunu deyib bütün qüvvəsini toplayaraq ən yaxın yolla qaçdı.

Qırmızıpapaq isə ən uzaq yolla getdi. О arxayın-arxayın gedir, orada-burada dayanıb çiçək yığır və dəstə bağlayırdı.

О hələ
[1] 2 3 >>
Cəmi 915 nəfər oxuyub
Bəyənən (179) | Bəyənməyən (166)
Dostlarınla Paylaş

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024