Hamiləlikdə mədə yanması

Hamiləlikdə mədə yanması


Hamiləlikdə mədə göynəməsinin əlamətləri

Əgər yeməkdən sonra sizdə döş sümüyünün arxasında göynəmə, ağızda acılıq, mədədə isə ağırlıq hissi olunursa – bu, mədə göynəməsidir. O, eyni zamanda ürəkbulanma, boğazda xoşagəlməz hisslər, udmanın çətinləşməsinə səbəb ola bilər. Oxşar əlamətlər qəflətən əyilib-qalxdıqda və yeməkdən dərhal sonra uzandıqda da olur.

Bəs nə üçün hamiləlik vaxtı mədə göynəməsi olur?

Turş mədə möhtəviyyatı qida borusuna düşüb onun selikli qişasını qıcıqlandırdıqda (mahiyyət etibarilə kimyəvi yanıq baş verir) – göynəmə başlayır. Bu cür sağlam insanlarda olur. Hamilələr üçün daha çətin olur, çünki, uşaqlıq əzələlərini boşaldaraq erkən doğuşların qarşısını alan progestron hormonunun yüksək miqdarı, digər orqanların saya əzələlərinə də təsir edir, məsələn, qida borusunu mədədən ayıran sfinkteri boşaldır və nəticədə turş mədə möhtəviyyatı qida borusuna asanlıqla keçərək onu zədələyir.

Bundan başqa, qida borusuna hamiləliyin erkən dövrlərində rast gəlinən toksikoz zamanı baş verən qusmalar təsir edir. Uşaqlığın böyüməsi də ətraf toxumalara, yəni, qida borusu və mədəyə təsir edir: tədricən onların yeri daralır, məhz bu səbəbdən göynəmə əlamətləri dölün artıq böyük olduğu dövrlərdə – 20 həftədən sonra daha çox ortaya çıxır.

Hamiləlik zamanı göynəmənin öhdəsindən necə gəlmək olar?

Bundan ötrü bir neçə sadə üsul var.

Birincisi, sizi müşahidə edən mama-ginekoloq çox güman ki optimal pəhriz məsləhət görəcək – rasiondan yağlı, acı, turş, qızartmalı, bitki lifləri çox olan (kələm, noxud, paxla, lobya, mərci, qara çörək, çovdar çörəyi, turp), şirin və qazlı sular, şokolad, kofe və alkoqolu çıxartmaq lazımdır.
Cəmi 230 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024