Hamiləlikdə tonus

Hamiləlikdə tonus


Diaqnozun düzgünlüyü

Uşaqlıq – boşluqlu orqandır, hansı ki, divarının əsas hissəsini orta – əzələ qatı (miometrium) təşkil edir. Sonuncu saya əzələ liflərindən ibarət olub, qeyri-iradidir, yəni istənilən vaxt deyil, hormonların və onurğa beynindən gələn sinir impulslarının təsiri nəticəsində yığılır.

"Canlı" əzələlər heç vaxt boş olmur. Onlar həmişə müəyyən qədər yığılmış halda – tonusda olur. Nəticədə orqanın forma və funksiyaları saxlanılır, onun normal qandövranı və digər fizioloji prosesləri təmin olunur. Buna görə də, uşaqlığın qalxmış və ya azalmış tonusu haqqında yalnız şərti danışmaq olar, yəni orqanizmin müəyyən vəziyyət və tələblərinə münasibətdə.

Həmçinin oxuyun: Qadın cinsiyyət sisteminin anatomiyası

Məsələn, miometriumun yığılma dərəcəsi qadınınm yaşından, müxtəlif xarici və daxili amillərdən asılıdır. Həyəcan, fiziki və seksual gərginlik zamanı qana katexolamin və digər bioloji aminlərin çoxlu miqdarda düşməsi nəticəsində, uşaqlığın fizioloji hipertonusu yarana bilər. Menstrual qanaxmadan əvvəl və sonra, uşaqlıq boşluğu qaşındıqdan sonra və həmçinin doğuş vaxtı uşaqlığın yığılması müdafiə xarakteri daşıyır, hansı ki, qanaxmanı dayandırır, uşağın doğulmasına səbəb olur və s.

Hamiləliyin əvvəllərində əzələ liflərinin yığılması az intensivlikdə olur, hansı ki, hamiləliyin və dölün qorunmasına yönəlmiş fizioloji reaksiyadır. Hamiləlik müddəti artdıqca, əsas da 11-12 həftədən sonra, yığılmaların sayı artır, 20 həftədən sonra isə, qarında qısamüddətli ağrı, diskomfort və uşaqlığın bərkimə hissi ilə müşayiət oluna bilər.

Başqa sözlə, hamiləlik zamanı uşaqlıq hərdənbir "tonusa" gəlir. Onun heç bir təhlükəsi yoxdur. Bu, uşaqlığın fizioloji aktivliyini, onun dölün
[1] 2 3 >>
Cəmi 284 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023