Hamiləlikdə tonus

Hamiləlikdə tonus


tələb olunmuşdur. Deyilənləri nəzərə alsaq, söhbət yalnız fizioloji və ya patoloji hipertonusdan gedə bilər.

Bəs belə olduqda, patoloji vəziyyəti normadan necə ayırmalı?

Hamiləlik zamanı uşaqlıq tonusunun səbəbləri

Əzələlərin fizioloji yığılmaısının bəzi səbəbləri yuxarıda göstərilmişdir. Patoloji hipertonus nə ilə təhlükəlidir? Onun nəticəsində uşaqlıqdaxili təzyiq qalxır və ciftə nəzərən uşaqlıq divarı yerini dəyişir. Bu, öz növbəsində dölün qandövranının pozulmasına, onun həyat fəaliyyətinin pisləşməsinə, ölmüş hamiləliyə, ciftin qopmasına və ya hamiləliyin vaxtından əvvəl pozulmasına – spontan aborta və ya erkən doğuşa səbəb ola bilər.

Patoloji hipertonus bir çox səbəblərdən inkişaf edə bilər, hansı ki, əsasları aşağıdakılardı:

Hormonal çatmamazlıq və ya disbalans. Beləki, progestron təkcə endometriumu mayalanmış yumurtahüceyrəni implantasiya etməyə hazırlamır, eyni zamanda miometriumun tonusunu azaldaraq, hamiləliyin qorunmasına kömək edir, əsas da erkən dövrlərdə. Onun mütləq və nisbi çatmamazlığı hiperandrogeniya (androgenlərin artıq sintezi) və ya hiperprolaktinemiya (prolaktinin qanda səviyyəsinin yüksək olması) ilə müşayiət olunan endokrin sistemin müxtəlif xəstəlik və ya disfunksiyalarında rast gəlinir.
Qalxanvari vəzin disfunksiyası, şəkərli diabet.
Uşaqlığın anadangəlmə inkişaf qüsurları.
Miomalar, endometrioz, daxili cinsiyyət orqanlarının xroniki iltihabi prosesləri, istmiko-servikal çatmamazlıq.
Rezus-konflikt və autoimmun proseslər.
Kiçik çanaqda ağır bitişmə prosesi.
İri döl, çoxdöllü hamiləlik, çoxsululuq, hestoz, vegetativ sinir sisteminin disfunksiyası. Bu faktorların əsas neqativ rolu hamiləliyin gec mərhələlərində özünü göstərir.
Yarımçıq yuxu, uzunmüddətli psixoemosional gərginlik, stress
<< 1 2 [3] 4 >>
Cəmi 297 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024