Xərçəng xəstəliyindən qoruyan qidalar

Xərçəng xəstəliyindən qoruyan qidalar


Xərçəngdə genetik təsirlər 3-10 faiz nisbətindədir. Lakin 90-95 faiz ətrafdan gələn faktorlarla bağlıdır. Bunun da 30 faizini qidalanma tutur. Buna görə də düzgün qidalanma ilə 30 faiz xərçəngdən qoruna bilərsiniz. Sağlam qidalanma, 30 dəqiqə normal tempdə yürüyüş, ideal çəki balansını qorumaqla 3 vacib qaydaya əməl emək zəruridir. Bu qaydalara riayyət etdikdən sonra faiz nisbəti 40 faizə yüksəlir.



1. MÜXTƏLİF NÖV MEYVƏ, TƏRƏVƏZ QƏBUL EDİN.


Aparılan araşdımaların nəticəsinə görə, meyvə tərəvəz yeməyi vərdiş etmək, heç yeməyənlərə nisbətən xərçəng riskini 10 qat azaldır. Rəngarəng meyvə tərəvəz yeyin. Çünkü nə qədər fərqli rənglərdə tərəvəz və meyvə qəbul etsəniz, o qədər anti-oksidant çox olar.Qadınlar gündə 2-3, kişilər isə 3-4 porsiya meyvə qəbul etməlidir. Səbzələr həm vitamin qaynağıdır. Gün ərzində 2-3 kasa, 6-8 yemək qaşığı zeytun yağı ilə çiy tərəvəz yemək vərişi yaradın. Lakin mövsümə uyğun olmasına diqqət edin.



2. TAXIL VƏ PAXLALI BİTKİLƏRİNİ YADDAN ÇIXARTMAYIN


Karbohidratları həyatımızdan tamamilə çıxartmaq düzgün deyil. Lakin keyfiyyətli vasitələrə üstünlük verin. Taxıllar B1 vitamini qaynağıdır. Bu da orqanizmin enerji sisteminin işləməsinə təkan verir. Depressiya və bir çox xəstəliklərin qarşısını alır. Ona görə də buğda, yulaf, bulqur və s. taxıl bitkilərindən istifadə edin. Həftədə iki gün mərci yeməyə çalışın, noxud, lobya da həmçinin.


3. HƏFTƏDƏ 2-3 GÜN BALIQ


Aparılana araşdırmalara görə, insan sağlamlığı üçün balıq olduqca faydalıdır. Omega 3 xərçəng riskini minimuma endirir. Ona görə də həftədə 2-3 dəfə buğlama ve ya sobada bişirilmiş balıq yeyin.


4. QIRMIZI ƏT İSTİFADƏSİNİ SƏRHƏDLƏYİN


Həddindən çox qırmızı ət yemək mədə və
[1] 2 >>
Cəmi 309 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024