Yuxusuzluqa nə etməli

Yuxusuzluqa nə etməli


Özünüzü elə hey yorğun hiss etməkdən yorulmusunuzmu?
Hamımızın başına gəlib: yatağa uzanan kimi yuxuya getmək istəyirik, amma heç cür alınmır.
Narahat olmayın, aşağıdakı üsullarla beyninizi sakitləşdirib dərin bir yuxuya gedə bilərsiz.
Tələbələr niyə çox yatmalıdırlar?
Sağlam olmaq üçün səhər tezdən oyanmalıyıq?
1. Həqiqətən yorğun olduğunuzdan əmin olun

Çox aydın məsələ kimi görünə bilər, amma yatağa ancaq yatmağa hazır olduğunuz vaxtda girməyiniz yuxuya getmənizi xeyli asanlaşdırar.

Ancaq bəzi "gecəquşları" digər insanlar üçün "normal" olan saatlarda yuxuya gedə bilmirlər.
Əgər sizdə də belədirsə, səhərlər yataqdan yorğun qalxanda gün işığına çıxın və gün ərzində Günəşdən mümkün qədər çox faydalanmağa çalışın.
Nə qədər yatmaq lazımdır?
Gecələr kabus görmək gündüzlər cəsarətli olmağa kömək edir
Alimlər deyirlər ki, "gecəquşları" orqanizmlərini daha erkən saatda yatmağa bu üsulla alışdıra bilərlər.
Gün ərzində idman hərəkətləri etmək də vacibdir, ancaq yatağa girməzdən 4 saat əvvəl bu hərəkətləri bitirmək lazımdır, çünki adrenalin də yuxuya getmənizə mane ola bilər.
Hamilə deyilsinizsə və xüsusilə yuxusuz qaldığınız günlər olmursa, gündüzlər yatmamağa çalışın. Gün ərzində, xüsusilə də axşam 4-dən sonra bir az mürgüləmək gecə yuxuya getməyi çətinləşdirir.
2. Yeyib-içdiklərinizə diqqət edin
Yaxşı yuxu yaxşı hazırlıq tələb edir. Məsələn, günün sonuncu kafeinli mayesini yatağa girməzdən ən azı 6 saat əvvəl içmək lazımdır.
Kafein orqanizmdə doqquz saata qədər qala bilir. Ona görə də gecə tez yuxuya getmək üçün günortadan sonra çay, kofe və ya kola kimi içkilərdən uzaq durmalısınız.
Çox adam acqarına yuxuya gedə bilmir. Ancaq dolu mədəylə də yatmaq çətindir.
Niyə gözümüzün altı
[1] 2 3 >>
Cəmi 253 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024