Adını sen qoy...

Adını sen qoy...


İndi Bakının ən hündür yerindəyəm Ayağımın altında
mavi Xəzər, Bir yanımda əbədiyyət yuxusuna gedən
insanlar, Digər tərəfimdə isə bu yuxuya namizəd bir neçə
gənc... Birdə əsən küləyin soyuğundan üşüyən mən
varam Niyə burdayam??? Niyə ayaq Üstə durub
yuxusuzluğuma məhəl qoymadan bu ağ vərəqi
doldururam??? Bilmirəm, ADINI SƏN QOY...Tez-tez
telefona baxıram, Hər zəng, hər mesaj məni bir az daha
Ümidləndirib həyata bağlayır, Adlarını görənə kimi...
Şaxtadan göyərmiş əllərimə baxıram Dünənimə və bu
günümə baxıram. Dünən isinmək üçün səmimi bir əl var
idi ovcumda Amma indi yun əlcək axtarıram... Hər halda
onun daha sadiq olduğuna inanmağa başlamışam Nədir
bu yalnızlıq, nədir bu tənhalıq, Bilmirəm, ADINI SƏN
QOY...Yollara baxıram... Sənli və sənsiz uzanan yollara
Bu yolu gedirəm sağ çiynimadə şəhərin parıldayan
işıqları, Sol yanımda sənin səsin. Bütün işıqforlarda
durmaq istəyirəm Bir neçə dəqiqəlik bərabərlikdəliyimizi
uzatmaq üçün yaşıl işığı qırmızı rəngə boyamaq
istəyirəm,Ömür boyu dur işarəsinin altında soyuqdan
donmaq istəyirəm, Qəlbim sızıldayır,maşının təkərləri
asvaltı yox, Ürəyimi əzib keçir. Yağışlı payız axşamında
park skamiyasında yolunu gözləyirəm. Səbəbini bilmirən,
ADINI SƏN QOY...Yaşadığıma inanmıram, amma
inandığım kimi yaşayıram Sevirəm... Bəzəndə sevildiyimi
zənn edirəm İncimirəm... Lakin hərdən bilmədən
incidirəm Baxıram həmdə düz gözlərinin içinə Yalnız
çılpaq həqiqət görürəm, Deyəsən buna həyat deyirlər
Belə də ki, nə fərqi var, ADINI SƏN QOY...Yuxular
görürəm... Qarmaqarışıq yuxular... Güya sən və mən
varıq, Birdə 2 uşağımız... Balaca evimiz, Sənin əkdiyin
güllərlə bəzədilmiş baxçamız Çox xoşbəxtəm Çünki artıq
həyət yox, həyat yoldaşımsan Məni
[1] 2 >>
Cəmi 2223 nəfər oxuyub
Bəyənən (569) | Bəyənməyən (373)
Dostlarınla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023