Tatli.Biz > Qaranquş - Qəmli Notlar | Tatli.Biz

Geniş Kitabxana
Qaranquş
Qaranquş!!! Qaranquşun biri, bir adama aşiq olmuş.
Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış,
tüklərini qabartmış, sonra kiçik sevimli dimdiyiylə şüşəyə
vurmuş. Tıq..... Tıq. .....Tıq.... Adam şüşəyə baxmış.
Amma içəridə öz işləriylə məşğul olurmuş.. Məşğulmuş!
Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş!
Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərin
bir nəfəs almış dimdiyini açmış, sözlər tökülməyə
başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini
soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət
tapdım danışmağa. Xahiş edirəm pəncərəni aç və məni
içəri al. Birlikdə yaşayaq. Adam birdən parlamış: Yox
daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi?
Olmaz, götürə bilmərəm, demiş. Səbəbi də: Sən bir
quşsan! Heç quş, insana aşiq olarmı? Qaranquş peşman
olmuş. Başını önünə əymiş. Amma ruhdan düşməmiş, bir
müddət sonra təkrar pəncərəyə gəlmiş, gülümsəyərək bir
dəfə daha şansını sınamış: Adam, adam! Haydı aç artıq
bu pəncərəni. Al məni içəri! Mən sənə dost olaram. Heç
canını sıxmaram! Adam qərarlı, adam israrlı: Yox ,yox
mən səni içəri götürə bilmərəm demiş. Bir az da
kobuduymuş, sözü qısa kəsmiş. İşim gücüm var, get
başımdan. Aradan bir zaman keçmiş, qaranquş son dəfə
adamın pəncərəsinə gəlmiş: Bax soyuqlar da başladı,
üşüyürəm çöldə. Aç bu pəncərəni al məni içəri. Yoxsa,
isti yerlərə köç etmək məcburiyyətində qalaram. Çünki
mən ancaq istidə yaşayaram. Peşman olmazsan, səni
əyləndirərəm.. Birlikdə yemək yeyərik, bax həm də sən də
təksən' təkliyini paylaşaram, demiş. BƏZİLƏRİ
GERÇƏKLƏRİ EŞİTMƏYİ SEVMƏZMİŞ! Adam bu təklik
məsələsinə incimiş. Çox bir əsəbiləşmiş: Mən
təkliyimdən məmnunum, demiş. Quşdan onu rahat
buraxmasını istəmiş. Dümdüz qovmuş. Qaranquş , son
sınağından da müvəffəqiyyətsizliklə çıxınca, başını önünə
əymiş, çəkib getmiş. Yenə aradan zaman keçmiş. Adam,
əvvəl düşünmüş, sonra öz-özünə etiraf etmiş: Hay
mənim ağılsız başım; demiş. Nə qədər axmaqlıq etdim!
Gözlənilməz bir anda qarşıma çıxan bir dostluq fürsətini
əldən verdim. Niyə onun təklifini qəbul etmədim ki? İndi
belə tənha oturacağıma , keyfli vaxt keçirərdik birlikdə.
Peşman olmuş olmasına amma iş işdən keçmiş. Yenə də
öz özünü rahatlaşdırmağı laqeyd yanaşmamış: İstilər
başlayınca, qaranquşum necə olsa yenə gələr. Mən də
onu içəri alar, xoşbəxt bir həyat sürərəm. Və çox uzunca
bir müddət, istilərin gəlməsini gözləmiş. Gözü
yollardaymış. Yaz gəlmiş, başqa qaranquşlar gəlmiş.
Amma...... Onunki heç görünməmiş. Yazın sonuna qədər
pəncərəsi açıq gözləmiş amma boşuna. Qaranquş
yoxmuş! Gələn başqa qaranquşlardan soruşmuş amma
görən olmamış. Sonunda məsləhətləşmək və məlumat
almaq üçün bir müdrik adama getmiş. Olanları izah
etmiş. Müdrik adam gözlərini adama dikmiş və demiş ki:
"QARANQUŞLARIN ÖMÜRÜ 6 AYDIR...." HƏYATDA BƏZİ
FÜRSƏTLƏR VARDIR, YALNIZ BİR DƏFƏ ƏLİNİZƏ
KEÇƏR VƏ QİYMƏTLƏNDİRMƏSƏNİZ UÇUB GEDƏR!
HƏYATDA BƏZİ İNSANLAR VARDIR, YALNIZ BİR DƏFƏ
QARŞINIZA ÇIXAR; DƏYƏRİNİ BİLMƏSƏNİZ QAÇIB
GEDƏRLƏR! VƏ ƏSLA GERİ DÖNMƏZLƏR! Diqqətli
olun...Və bir düşünün görək; Görəsən siz bu günə qədər
pəncərənizdən neçə qaranquş qovdunuz?
Cemi 1139 nefer oxuyub
Beyenen (317) | Beyenmeyen (170)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Qaranquş - Qəmli Notlar | Tatli.Biz
Qaranquş məqaləsini oxumaq üçün daxil olun
Qaranquş, Qəmli Notlar, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 59 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020