Oxuyarken sen de ağla | Qəmli Notlar
Geniş Kitabxana
Oxuyarken sen de ağla
Heç sözlərimi aldatmayacağam. Romantik sözlərim,
yağış damlasından incə düşüncələrim tükəndi artıq.
İçimdən gəldiyi kimi yazacağam. Ən dəqiq sözlərlə, ən
bəzəksiz hərflərimlə ən ağır duyğularımı izah edəcəyəm.
Sözlərimin, gözlərinin dərinliyində itdiyi yerdəyəm.
Duyğularımın boğazıma düyünlənildiyi nöqtədəyəm.
Çıxardıb ürəyimi qoyacağam masaya. Götür deyəcəyəm
götür və get. Əllərimlə sökəcəyəm ürəyimi , bədənimdən,
qanlar damlarkən masaya, götür deyəcəyəm. Əgər
gedirsənsə bir yerə, bu ürəyi də götür elə get. Onsuz da
götürdün, bütün ürəyimi, beynimi, hüceyrələrimi özünə
aşiq etdin, indi gedəcəksənsə bu ürəyi, bu ət parçasını da
götür elə get. Sənsiz yaşa bilsəm, ürəksiz də yaşaya
bilərəm... Tək bir söz söyləmə artıq, getmək keçirsə
ağlından, masadan qanları damlayan bu ürəyi də götür
elə get. İzah edə bilmədimsə sözlərimlə sənə bu eşqi, bu
ürəyi götür yanına, o izah etsin sənə.. Susdura
biləcəksənsə içindəki səsi, qırılmayacaqsa qolun qanadın,
qopmayacaqsa çobanyastığıdan yarpaqların, götür bu
ürəyi də elə get. Sənin üçün tökdüyüm ulduz tozlarının,
sənə aşiq ruhumun yazdığım bütün yazıların, qaynağı bu
ürəyim idi, onu da yanında apar və elə get. Götür bu
ürəyi, get gedə biləcəyin qədər uzağa, yazarkən mən
ağladım, oxuyarkən də sən ağla…
Cemi 1023 nefer oxuyub
Beyenen (357) | Beyenmeyen (113)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018