Onsuz da həmişə sənsiz idim

Onsuz da həmişə sənsiz idim


Onsuz da həmişə sənsiz idim, amma indiki kimi deyil.
Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça
edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız. Əvvəllər
üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib,
səni də gözlərin kimi qəlbimə basdırdım. Unutdum
dedim, unudacağam dedim, unuda bilmədim. Əvvəl
gözlərin, sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı
başladı ölü ürəyimdə, qəlbimdə heç bir şey qalmadı
səndən başqa. Xatirələrin, gözlərin və sözlərin. Səni
düşündüm gecələrcə, daim tək başıma. 3 nəfərlə ağladıq
sənə. Mən, qəlbim və gözlərim. Mən həmişə səni
düşünərkən, hüzn ulduzları qoydum adını. Səni
xatırladırlar deyə. Eyni onlar kimi sən də məndən çox
uzaqlarda idin……….həm də, lap uzaqlarda…….həmişə belə
olub.
Cəmi 2437 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023