Bacarmadım...

Bacarmadım...


Söyləmək istədiyim sözlər var. ..Anlatılacaq hekayələr,
xatirələr... Gücüm olsaydı da köhnə günahsızlığımı izah
edə bilsəydim.. Tək qışqırıqlıq nəfəsim qalmadı indi. İzah
edə bilməsəm də, ürəyimə basdırmışam onları, soyuq
gecələrə sarılmışam. Xatirələrimdə əsən eşq küləkləriylə
sovrulmuşam, yorğun səkiləri ağılıma gətirib, yenə uzaq
yollar arzulamışam... İzah etsəm də, acı versə də qopa
bilməmişəm sənli günlərdən. Peşmanammı? Əsla...
Etdiyim heç bir şeydən peşman olmamağı öyrəndim illər
əvvəl... Hər nə olursa olsun, qərarlarımın arxasında
dayanmağı. Amma içimdə qarşı qoya bilmədiyim,
ürəyimə yayılmasını maneə törədə bilmədiyim bir duyğu;
həsrət... Mənə nə olur ! Bilmirəm... Köhnə günlərin
axışlarıyla küləkləri dizə gətirən, tündxasiyyət qarşı
qoyulmaz, sözündən dönməz çarəsizlik içində. Qorxur,
çünki özünə etiraf edə bilmədiyi bu xain duyğu iliklərimə
işləyir, bu mənəm... Və ürəyim, parçalanarcasına
darıxıram... Haralarda indi o gedərkən içimi dağlayan
qürur? Lənət olsun ki sən məni məhv edərkən qarşı qoya
bilməyəcək qədər gücsüzdüm... Halbuki özümü sənin
yerinə içimdən alovlanan sevgiyə oyrətsəydim, nə indi
belə çarəsiz, nə də bu sətirləri yazmaq üçün səbəbim
olardı... Artıq geri dönüşü yox bunun ! Möcüzələrə isə
layiq deyiləm... Artıq köhnə halım qalmadı heç...
Gözlərimdə yanan o işıq çoxdan söndü. Köhnə coşğusu
yox ürəyimin... Bədənim, bu özündən nifrət edən ruhu
daşımaq istəmir! Sən nə edirsən heç bilmirəm... Bilsəm
belə qarşına çıxacaq cəsarətim yox. Bilirəm indi
çəkdiyim nə varsa hamısına layiq oldum! Və Bir Etiraf :
Əsla Göründüyüm Qədər Güclü Olmadım...
Cəmi 2343 nəfər oxuyub
Bəyənən (604) | Bəyənməyən (379)
Dostlarınla Paylaş

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024