Bu gün yağış yağıb

Bu gün yağış yağıb


Bakıya bu gün yağış yağıb. Hər şey həmişə olduğu kimi
idi. Yağışın damcıları pəncərədə görünürdü, bu
mənzərəni hər zaman sevmişəm.
Yerimdən qalxıb dərhal eyvana qaçdım. Saat 5:00 olardı.
Prospektin görünüşü: Qara asfalt yağışdan biraz da
tündləşmişdi. Sarı işıqlar isə təkcə küçəyə yox həm də
duyğularıma işıq salırdı. İçimnən hamını və hər şeyi
sevmək keçirdi. Bakıya bu gün yağış yağıb. Yarpaqlar
üzərində kiçik gölməçələr sərçələr üçün böyük bir hədiyyə
idi.
Sərçələr heç vaxt Vətəni tərk etmir, Təbiət də onları bu
cür xırda gözəlliklərlə sevindirir. Dərindən nəfəs aldım.
Sanki ilk dəfə nəfəs alırdım. Çətinlikləri görmüş
hüceyrələrim məhv olur, sevgi oduyla alışanları isə yenicə
doğulurdu. Əynimə qalın bir şey atıb gəzməyə çıxdım. Bu
küçənin doğmalığını hər addımda hiss edirdim.
Yol boş olsa da, ürəyim doluydu və hər addımı atdıqca
sanki sənə yaxınlaşırdım, nə qədər uzaqda olduğunu
dərk etsəm də
Uzaqdan eyvanımıza baxdım, qaranlıq idi, hamı yatırdı.
Küçədən keçənlər isə mənə fikir vermirdilər. Hər halda ya
sərxoş idilər ya da fikirli. Mən də fikirliydim, daim səni
düşünürdüm.
Biraz keçdikdən sonra isə bir qəribəlik fikrimi səndən
ayırdı. Bakıya yağış yağırdı. Amma damcılar nədənsə
mənə toxunmurdu, həyəcanlandım və biraz qorxdum.
Yerdəki gölməçədə əksimi görməyəndə isə nə hiss
etdiyimi belə anlamadım.
Cəmi 2189 nəfər oxuyub
Bəyənən (557) | Bəyənməyən (378)
Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023