Bir saatın qiyməti

Bir saatın qiyməti


Ata hər gün olduğu kimi bu gündə işdən evə gec və
yorğun gəlir. Beş yaşlı oğlu atanı qapının qarşısında
səbirsizliklə gözləyirdi. Oğul:"Salam Ata ! Sənə 1 sual
verə bilərəm ?" Ata: "Əlbəttə!" Oğul:"Ata sən işdə 1 saat
ərzində nə qədər pul qazanırsan?" Ata:"Bunu sən
soruşmamalısan. Heç vaxt atana belə sual vermə" deyə
sərt cavab verir. Ogul başını aşağı salaraq sakitcə
deyir:"Ata sadəcə nə qədər pul qazandığını bilmək
istədim." Ata :"Çox bilmək istəyirsənsə saatına 20$$
qazanıram." Usaq utanaraq: "Ata olar mənə 10$$ borc
verəsən?" Ata qaşlarını çataraq cavab verir :"Əgər 1
oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq
sualı verməyədə bilərdin. İndi isə get otağına və yat !"
Uşaq 1 söz demədən yataq otağına gedir və qapını
astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək "
Bəlkə doğrudan da oğluma pul lazım idi. Axı o məndən
tez tez pul istəmir. Gərək onu belə kobudlamazdım":
düşünərək oğlunun otağına üz tutur. Ata qapını sakitcə
döyərək "Oğlum yatmısan?": deyə soruşur. "Xeyir ata
yatmamışam": deyə usaq cavab verir. Ata otağa daxil
olub cibindən 10$$ çıxarıb oğluna uzadır. Usaq pulu
ğötürərək sevincək halda "Ata sağ ol!" deyərək qışqırır.
Sonra yastığının altından əzilmiş digər xırda pulları
çıxardıb saymağa başlayır. Bunu görən ata 1 az
təəccübli bir az da acıqlı halda soruşur: "Sənin pulun
vardısa niyə yenidən atandan pul istədin. O pullara nə
alacaqsan?" Uşaq sevinc dolu körpə baxışları ilə atasına
baxaraq cavab verir: "Ata mənim pulum kifayət qedər
deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20$$.
Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm
sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et ."
Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq
ki ailəmizlə
[1] 2 >>
Cəmi 2330 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 199 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024