May çiçəkləri

May çiçəkləri


Keçmiş zamanlarda xoşbəxt bir ailə yaşayırdı .
Bu ailədə dərin sevgi , qarşılıqlı məhəbbət, hörmət, ailə
səadəti və ailənin möhkəm olmağı üçün tükənilməz
dəyərləri var idi. Amma onların ürəyində bir sıxıntı
məskən salmışdı . O da onların neçə illərdən bəri övlad
üzünə həsrət qalmaları idi. Onlar bilirdilər ki, övladsız
onların evlərinin dirəyi , ağacın körpə budağıdək
dözümsüz olacaqdı. Çoxlu dualardan , nəzir-niyazlardan
sonra allah onları yada saldı . Onlara gözəl bir qız uşağı
bəxş etdi. Bu körpə o qədər gözəl , şirin idi ki, sanki bir
mələyə bənzəyirdi. Onun dodaqları , yanaqları lalə gülü
tək al qırmızı rəngə boyanmışdı . Gülüşləri isə al-əlvan
bahar çiçəklərini xatırladırdı . İri qara gözləri məftun edici
bir hisslər insana bəxş edirdi . Nurlu siması ətirli
bənzərsiz baharı canlandırırdı insan gözündə .
Valideynləri ona böyük sevgi bəsləyirdi . Onu göz bəbəyi
kimi bütün dərd-bəlalardan qoruyurdular . Çünki bu
körpə onların yeganə xoşbəxtliyi və sevinci idi . Bax bele
naz-neymətlə valideynləri onu 5 yaşına çatdırdı.Fəsillərin
ən gözəli olan bahar fəslinin may ayında , anası onun
uzun qara saçlarına rəngbərəng bəzəkli lentlər bağlayıb ,
onu hər gün gəzməyə aparırdı.Onun fərqli bir şıltaqlığı
var idi. Hər dəfə gəzintiyə çıxanda valideynlərinin
gözlərini yumdurub, mən gizlənim siz məni tapın sevimli
oyununu oynayardı . Özü də may çiçəklərinin arasında
gizlənərdi. Onun əlvan lentləri may çiçəklərinə bənzədiyi
üçün onu tapmaq çətin olurdu. Valideynlərinin onu
tapmamasını görüb, may çiçəklərinin arasından çıxıb
mən burdayam! Deyib gülərdi. Günlərin bir günü
sağalmaz bir xəstəliyə düçar oldu . Valideynləri dünyanın
hər bir yerindən həkimlərə müraciət etdi .
[1] 2 >>
Cəmi 2420 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023