May çiçəkləri

May çiçəkləri


Amma bunların
heç biri ona xeyir etmədi. Valideynləri hər gün onun
çarpayısının başında oturub onun tezliklə sağalmasına
ümid edirdilər. Bir gün körpə titrək əlləri ilə anasının əlini
sıxıb dedi: -Ana ,mən sağalsam sən məni yenə gəzməyə
aparacaqsan ? Axı mən bizim sevimli oyunumuz üçün
çox darıxmışam . Anası nazik kədərli səslə ona cavab
verdi: -Sən sağalsan mən səni nəinki may çiçəklərinin ,
dünyanın ən gözəl gəzintili yerlərinə aparacağam. Körpə
anasının üzünə gülümsəyərək, gözlərini əbədi yumdu .
Sanki bu an bu ailənin xoşbəxtliyi , sevinci ,evlərinin nuru
bu körpə ilə bir yerdə bitdi.Valideynləri onun ölümündən
sonra, hər gün may çiçəklərinin yanına gəlib , qızlarının
ətrini bu çiçəklərdən alırdılar . Onlara elə gəlirdi ki, hər
dəfə olduğu kimi o, gizləndiyi may çiçəklərinin arasından
çıxıb mən burdayam deyib güləcək. Amma təəssüf ki, bu
çiçəklər onu ömürlük gizlətdi . Bu körpə özündən
valideynlərinə tək bir xatirə və təsəlli may çiçəklərini
saxladı . Onlar öz körpə balalarını xəyallarında may
çiçəklərinin arasında yaşatdılar. Valideyinləri hər dəfə
qızlarının məzarının ziyarətinə may çiçəkləri ilə gəlirdilər.
Sən yoxsan , sən yoxsan biz indi bildik. Soyuq məzarını
öpməyə gəldik. Dünyada səninçün biz yaşayırdıq. Sən
demə həsrətdi yer də səninçün.
<< 1 [2]
Cəmi 2438 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024