Ayrılmalıyıq

Ayrılmalıyıq


Nə edim alınmır axı bizimki,
Biz ayrı dünyanın adamlarıyıq.
Bir anlıq yolumuz kəsişdi bizim,
İndi də zamandı, ayrılmalıyıq.
Artıq ürəklər də hiss edir bunu,
Üzülmə hər yolun var əlbət sonu,
Gördün ayrılığın gəlib sezonu,
Hicranın odunda qovrulmalıyıq.
Hər sevginin sonu əlbət kədərdi,
Bu dünyaya insan gəldi, gedərdi,
Əbədi unutmaq üçün bu dərdi,
Dünyaya təzədən doğulmalıyıq.
Cəmi 2713 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023