Gedirsen

Gedirsen


Gedirsən..yol uzaq, hava soyuqdu
Gözlərimdə həsrət, üzümdə qəm var
Əslində sənin bir günahın yoxdu
Mən belə insanam, özümdə qəm var.
Get daha ürəyim səndən inciməz,
Gözüm yollarına baxacaq sənin.
Istədiyin insan istər istəməz,
Haçansa qarşına çıxacaq sənin.
Bəlkə özüm gəldim, yolumu izlə
Ümidlər sonuncu sığınacaqdı,
Gecələr yatanda yuxunda gözlə
Gec gəlsəm başa düş, yolum uzaqdı.
De indi gedirsən yoxsa qalırsan?
Bir an ürəyinin səsini dinlə.
Mən necə saxlayım səni bu yoldan
Ürəyin bacarmır belə səninlə.
Az qalır bu yolda bitim,tükənim,
Irəli bir addım atana kimi
Bu yol axırıma çıxacaq mənim,
Mən onun sonuna çatana kimi
Gedib yarı yoldan qayıtma çaşıb,
Onsuzda gedişin son gediş deyil
Uzaq yol çıxanda geri qayıdıb
Nəyisə götürmək yaxşı iş deyil.
Cəmi 3006 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023