Təkcə şeirlərim yaşadar səni

Təkcə şeirlərim yaşadar səni


Hər tərəf sənsizlik qoxuyur yenə,
Taleyin mənimlə davasina bax.
Qəlbim ayriliqdan oxuyur yenə,
Fələyin çaldiği havasina bax...
Daha başa çatib mənli çağlarin,
İndi bir özgənin dad, öpüşünü.
Birvaxt mənə bağli o dodağlarin,
Necə qəbul edir, yad öpüşünü...
Olmaya günahkar sayirsan məni??
Ünvani kimədir kəm baxişlarin???
Bilirəm axtarir hər zaman məni,
Həsrətdən qizarmiş,nəm baxişlarin....
Qirilmaz zəncirdi, bir vaxt eşqimiz.
Hani əllərimdən tutanim, indi ?!
Yenə də günahkar biz olmuşuq, biz.
Gərək öz özümdən utanim indi...
Unutmaq özüdə böyük müəmma,
Bu kiçik beynimə siğişmir axi ?!
Mən səni unutmaq istərəm, amma-
Xəyalin gözümdən yiğişmir axi ?!
Bağişla, deyəsən danişdim qəliz.
Çoxda fikir vermə, sözümə mənim,
Hani ?? bəs deyirdin ölərəm sənsiz?
Heçdə pis dəymirsən gözümə mənim...
Bir sevda nəğməsi qaldi yarimçiq,
Mən hesab etmirəm daha var, səni,
Mənim nəzərimdə ölmüsən artiq.
Təkcə şeirlərim yaşadar səni...
Cəmi 2098 nəfər oxuyub
Bəyənən (607) | Bəyənməyən (387)
Dostlarınla Paylaş

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023