Mən səni unuda biləcəyəmmi

Mən səni unuda biləcəyəmmi


Könül yaddaşımın silinməz adı
Mən səni unuda biləcəyəmmi ?
Mənə eşq öyrədən həsrət usdadı
Mən səni unuda biləcəyəmmi ?
Gözlər danışdığı o andan sonra
Qəlbimdə yurd-yuva salandan sonra,
Məhəbbət Allahım olandan sonra
Mən səni unuda biləcəyəmmi ?
Ölüm notu çalan tar olsan belə
Baharda bəxdimə qar olsan belə,
Bir gün özgəsinə yar olsan belə
Mən səni unuda biləcəyəmmi ?
Hicranın böyukmüş mənim yaşımdan
Niyə silinmirsən qəlb yaddaşımdan ?
Bir gün oxuyarsan məzar daşımdan ,
" Mən səni unuda biləcəyəmmi ? "
Cəmi 2180 nəfər oxuyub
Bəyənən (620) | Bəyənməyən (364)
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023