Ayrılmışıq biz

Ayrılmışıq biz


Bilirəm həsrətin əzabı çoxdu,
Qalmasın ümidin, tükənsin təmiz.
Daha sevgimizin faydası yoxdu
Qəbul et əzizim, ayrılmışıq biz.˚
***
Nə sən istəmisən bu dərd-qubarı,
Nə mən istəmişəm gözümün nuru.
Sil qara gözünü ağlama barı
Göz yaşın yaradır qəlbimdə dəniz.
Qəbul et əzizim ayrılmışıq biz.
***
Xoşbəxtlik bağları gör necə imiş,
Üzülüb qırıldı çox incə imiş.
Ayrılıq nə böyük işgəncə imiş,
Saldı qəlbimizə silinməz bir iz.
Qəbul et əzizim ayrılmışıq biz.
***
Qalmayıb bir ömür sürmək həvəsim.
Boş yerə çəkilib gəlir nəfəsim.
Titrəyir əllərim, tutulub səsim,
Bilirəm sənə də çətindi mənsiz.
Qəbul et əzizim, ayrılmışıq biz.
***
Get yaşa firavan məni düşünmə
Olsa da çox yaman məni düşünmə.
Gülümsə hər zaman məni düşünmə,
Olsam da mən sənə hər şeydən əziz
Qəbul et əzizim ayrılmışıq biz.
Cəmi 2103 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023