Sən mənim qədrimi bilən deyilsen

Sən mənim qədrimi bilən deyilsen


Sən mənim qədrimi bilən deyilsen,
Get tənha ömür sür, get mənsiz yaşa.
Yolumda əriyən, ölən deyilsən,
Get tənha ömür sür, get mənsiz yaşa.
Baxışın yadlaşıb, amansız olub,
Yarım dinsiz olub, imansız olub,
Qəlbim dönüşünə gümansız olub,
Sözümə qulaq as, başa düş, başa,
Get tənha ömür sür, get mənsiz yaşa.
Gözümə görünmə, yuxuma girmə,
Mənə zülm eyləmə, qəm-kədər vermə,
Qəlbimi günahkar, bivəfa görmə,
Oxu daim dəyib qayaya, daşa,
Get tənha ömür sür, get mənsiz yaşa.
Yazığın gəlməsin, acıma, yanma,
Unut həmişəlik, bir daha anma,
“Yaşaya bilmirəm” desəm, inanma,
Sənsiz də bu ömrü vuraram başa,
Get tənha ömür sür, get mənsiz yaşa...
Cəmi 2214 nəfər oxuyub
Bəyənən (649) | Bəyənməyən (337)
Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024