Axtar meni

Axtar meni


Hər payız qəmli yağışlar,
Sənsiz gəlib tapar məni.
Özün atdın zirvələrdən,
Dərələrdə axtar məni.
Axtar gözü dola-dola,
Nəzər yetir hər bir yola.
Baş vuraraq sağa, sola,
Küçələrdə axtar məni.
Mən qüssədə, mən dərdəyəm,
Elimdə də qürbətdəyəm,
Sən gedəndən zülmətdəyəm,
Gecələrdə axtar məni.
Cəmi 2319 nəfər oxuyub
Bəyənən (629) | Bəyənməyən (454)
Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024