Bu gün 10 məqalə əlavə olundu

Geniş Kitabxana
Qonağım oldun
Bu gecə sən bizə qonaq gəlmişdin,
Dedin ki otağın oyuq-oyuqdur.
Nə edim?otağım sənin qəlbintək,
Yaman səliqəsiz,yaman soyuqdur.
Divarlar üstümə gəlir elə bil.
Hisli çırağımın piltəsi sönüb.
Döşməm üstündə ayaq izləri,
Qəlbimdə iz qoyan yaraya dönüb.
Nahaq əl uzatma açılmaz qapım,
O qapı lap çoxdan, pas atıb artıq.
O qapı dalında sənin həsrətin,
Gündə milyon dəfə yaşanıb artıq.
Bağışla çayımda soyuq olacaq,
Səfillər isti çay içməzlər gülüm.
Sənin həsrətinlə söndü bu ocaq,
Sovruldu göylərə, sovruldu külüm.
Qalıb paltarlarım küncdə, bucaqda.
Səliqə onları çoxdan tərk edib.
Ütüsü yox olmuş bu köynəklərin,
Boynunu illərin həsrəti didib.
Daha yox əlacım getsəmdə hara,
Mənim həyat eşqim səsini kəsdi.
Sənli xatirələr tökülüb bura,
Bağışla otağım səliqəsizdi.
Cemi 1071 nefer oxuyub
Beyen(332) | Beyenme(156)
Paylaş:
Dostlarınla Paylaş

Qonağım oldun - Şeirlər | Tatli.Biz
Qonağım oldun məqaləsini oxumaq üçün daxil olun
Qonağım oldun, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 42 nəfər


©Tatli.Biz 2010-2020