Son vidası var

Son vidası var


Gedəcəydin niyə gəldin ömrümə,
Bağışla demənin nə mənası var?
Bir daha baxmaram o gözlərə
mən,
O ilk baxışların çox xətası var.
İndi ağrılığın gəlibdir dəmi,
Nə edim gözümün qurumur nəmi,
Mən ki, gözlərimdə görürdüm
səni,
Səninsə gözündə bir başqası var.
Axı sevən tərk eləməz sevəni,
Deyirsən ki, getdim unutdun
məni?
Belə tez heç unudarammı səni?
Hələ bu sevdanın ili yası var.
Bu həsrət salıbdır saçıma dəni,
Qoy əsən küləklər aparsın məni,
Qəlbsizlər evində taparsız məni,
Tapın bəlkə sizə son vidası var.
Cəmi 2292 nəfər oxuyub
Bəyənən (660) | Bəyənməyən (387)
Dostlarınla Paylaş

Saytda 200 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024