Mən səni yuxumda görəndən bəri

Mən səni yuxumda görəndən bəri


Bilmirəm,sən kimsən,ay gülüzlü yar,
Mənə bu sevgidə Tanrı olsun yar,
Səni axtarıram hey diyar-diyar,
Mən səni yuxumda görəndən bəri.
Kimə baxıramsa səni görürəm,
O pambıq əlləri,təni görürəm,
Sənli dünyalarda məni görürəm,
Mən səni yuxumda görəndən bəri.
Bilmirəm insansan yoxsa mələksən?
Həqiqi sevgisən yoxsa kələksən?
Addım-addım mənə yön gələcəksən,
Mən səni yuxumda görəndən bəri.
Qəflət yuxusuna batıb qalmışam,
Günümü günümə satıb qalmışam,
Həqiqi dünyanı atıb qalmışam,
Mən səni yuxumda görəndən bəri.
Suallar içimi yeyib-dağıdır,
Alovlu qəlbimdə hicran dağıdır,
Bir mələk dərdimə dərd ortağıdır,
Mən səni yuxumda görəndən bəri.
Nə ölə bilirəm,nə də yaşaya,
Elə bil gəmimə tuş gəlib qaya,
Yeni doğulmuşam fani dünyaya,
Mən səni yuxumda görəndən bəri.
Dünyanı gəzirəm hey dolaşıram,
Sənin kədərini bir-bir aşıram,
Hamını sən bilib yaxınlaşıram,
Mən səni yuxumda görəndən bəri.
Küçələr bezibdi məni görməkdən,
Şeytanlar ölübdü mənə gülməkdən,
Yanıb-yaxılıram fikirləşməkdən,
Mən səni yuxumda görəndən bəri.
Axı sən hardasan,kimsən,nəçisən?
Yoxsa səmalardan gələn elçisən?
Yoxsa ki adicə,quru kəndçisən?
Nəçisən,nəçisən,gülüm,nəçisən?
Olmusan dilimin sözü,əzbəri,
Mən səni yuxumda görəndən bəri
Cəmi 2201 nəfər oxuyub
Bəyənən (640) | Bəyənməyən (336)
Dostlarınla Paylaş

Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023