Ürək, bir də sevmə mənim yerimə

Ürək, bir də sevmə mənim yerimə


Sevəndə o kəsi sev ki, ürəyim,
O, mənim həyatda olsun gərəyim,
Bilmirəm, bu sözü deyim, deməyim,
Ürək, bir də sevmə mənim yerimə!...
Sən sevdin, nə olsun, sonu nə oldu?
Gözlərim hey yaşla boşaldı, doldu,
Sevmək ayrılığa aparan yoldu,
Ürək, bir də sevmə mənim yerimə!...
Sevəndə gözümlə sevəcəm daha,
O zaman ümidim olar sabaha,
Daha tapşırıram səni Allaha,
Ürək, bir də sevmə mənim yerimə!...
Nə eşqə inam var, nə sənə güman,
Sən sevsən, bu dərdə tapılmır dərman,
Bu gündən könlümə verilir fərman,
Ürək, bir də sevmə mənim yerimə!...
Sevməkdə bir daha mənə gərəkmə,
Həsrətdən ağlayıb göz yaşı tökmə!
Mən özüm sevərəm, sən zəhmət çəkmə!
Ürək, bir də sevmə mənim yerimə!...
Sevəndə həmdəmin olur kədər, qəm
Sənsən bu dərdlərə dözən, bilirəm,
Çarəm yox, mən sənə əmr eyləyirəm,
Ürək, bir də sevmə mənim yerimə!...
Cəmi 2068 nəfər oxuyub
Bəyənən (543) | Bəyənməyən (307)
Dostlarınla Paylaş

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024