Günah

Günah


Daha əllərinə toxunmur əlim,
Elə bil sığmıram mən bu şəhərə,
Acı qəhərindən lal olur dilim,
Tutulur köz olmuş adına görə.
Get-gedə ömrümdən uzaq düşursən
Dönə bilmədiyim obalar kimi,
Məni gah yandırıb gah üşüdürsən
Əhvalı pozulmuş havalar kimi
Hərdən bir bəhanə tapıb uydurub,
Doğma nəfəsinə açıb-soluram,
Günahsız qismətin üzünə durub,
Səni gördüyümə peşman oluram.
Bəli, gördüyümə, sevgimə deyil!
Sonuncu saçıma sepdiyin " gümüş"
Zaman da məkan da günahkar deyil;
Heç nəyin gunahı bizim deyilmiş.
Ölümdən ağırdı sənsiz dözməyim,
Sonuncu ümid də puç oldu, sındı,
Nahaqdı kimisə suçlu bilməyim-
Günah taleyimin yazısındadı....
Cəmi 2069 nəfər oxuyub
Bəyənən (594) | Bəyənməyən (335)
Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024