Təzəcə boy atmış bir ağacam
mən,
Əsən külək olub qəddimi əymə.
Elə kövrəlmişəm, dolub gözlərim,
Nə olar gəl mənim qəlbimə
dəymə.
Ürək bu dərdini kimə söyləsin?
Könül sevdim dedi kömək eyləsin,
Gözüm səni görüb, ürək neyləsin,
Oynamaq olarmı axı ürəylə?
Nə olar gəl mənim qəlbimə
dəymə.
Cəmi 2329 nəfər oxuyub
Bəyənən (552) | Bəyənməyən (373)