Bu gün 15 məqalə əlavə olundu

Geniş Kitabxana
Yuxuma gəlməyə tələs bu gecə
Yaman qəribsəyib ürəyim sənsiz,
Həstrətin ruhuma qəfəs bu gecə
Barı insaf elə səssiz-səmirsiz
Yuxuma gəlməyə tələs bu gecə.
Gör necə aydındır səmanın üzü,
Ulduzlar görüşə çağırır bizi
Çoxdandır görmürük bir birimizi
Yuxuma gəlməyə tələs bu gecə.
Tənhalıq sonuma çıxmamış tələs.
Buludlar donunu sıxmamış tələs.
Həsrətin evimi yıxmamış tələs
Yuxuma gəlməyə tələs bu gecə.
Sənsiz kabus olur gecələr mənə,
Dar gəlir şəhərlər,küçələr mənə.
Qorxuram intizar güc gələr mənə
Yuxuma gəlməyə tələs bu gecə.
Hardan biləydim ki, yüküm ağırdı,
Külək sevincimi yelə sovurdu.
Yuxu xəyalıma gedən cığırdı,
Yuxuma gəlməyə tələs bu gecə.
Cəfanı çəkməkdən usanmayacam.
Seni hey sevəcəm,dayanmayacam.
Gəlməsən yuxumdan
oyanmayacam
Yuxuma gəlməyə tələs bu gecə.
Cemi 905 nefer oxuyub
Beyen(266) | Beyenme(176)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Yuxuma gəlməyə tələs bu gecə - Şeirlər | Tatli.Biz
Yuxuma gəlməyə tələs bu gecə məqaləsini oxumaq üçün daxil olun
Yuxuma gəlməyə tələs bu gecə, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 67 nəfər


©Tatli.Biz 2010-2020